Elektrik ustası (Qubadlı rayonu)

Tam Ştat

Orta Səviyyə

1.400 AZN-dən

Yerləşdirilib 12 mart 2026

Son Tarix: 11 aprel 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Sxem və göstərişləri oxumaq, elektrik təhlükəsizliyi üzrə  təlimatlara riayət etmək;

  • Tələblərə uyğun olaraq mürəkkəb olmayan elektrik xətləri, avadanlıqları, şəbəkə açarlarını yerləşdirmək və quraşdırmaq;

  • Təhlükəni və nasazlıqları aşkar edərək texniki nəzarətə və təmirə ehtiyacın olub-olmadığını müəyyən etmək üçün sistemləri və elektrik hissələrini yoxlamaq;

  • Ommetr, voltmetr və ossilloskop kimi ölçü cihazlarından istifadə etməklə naqillərdə, avadanlıqlarda və şəbəkə açarlarında elektrik dövriyyəsini yoxlamaq məqsədilə test prosedurlarını yerinə yetirmək;

  • İstifadə üzrə təlimatlar, eləcə də müvafiq əl alətləri və dəzgahlardan istifadə etməklə naqilləri, avadanlıqları və şəbəkə açarlarını hazırlamaq və quraşdırmaq;

  • Elektrik sxemində qeyd olunan zəruri düzəlişlərə əsasən naqil və avadanlıqları hazırlamaq və quraşdırmaq;

  • Təhlükəsizlik və nəzarət qurğularını quraşdırmaq;

  • Texniki göstəricilərə əsasən naqillər, sistem elementləri və dəzgahların elektrik xətlərini  quraşdırmaq;

  • Funksional düzəlişlər etmək məqsədilə elektrik xətlərini yeniləmək;

  • Göstərilən normalara əsasən sınaq və ölçmə avadanlıqlarından istifadə etməklə nasazlıqları və nöqsanları müəyyənləşdirmək;

  • Prototip və elektrik sistemlərini birləşdirmək;

  • Nasaz elektrik hissələrini çıxarır  və təmir aparatı;yaxud yenisi ilə əvəz etmək;

  • Elektrik xəttləri və avadanlıqlarını təchizat mənbələrinə qoşmaq;

  • Kabel və avadanlıqları izolyasiya etmək;

  • Qurğulara təhlükəsizlik üzrə xəbərdarlıq və fərqləndirici nişanlar vurmaq;

  • Tikinti və quraşdırma işləri gedən ictimai yerlərdə xəbərdarlıq nişanları yerləşdirmək;

  • Elektrik montyoruna dair sadə işıqlandırma sistemini və ya onun xüsusi hissələrini quraşdırmaq;

  • Rəhbərlik tərəfindən verilən vəzifə funksiyasına müvafiq tapşırıqları yerinə yetirmək;

  • İşdən azad edilən zaman icra etdiyi işlərin son hesabatlarını son iş gününə qədər işləyib hazırlayaraq təhvil-təslim etməli;

İş qrafiki və qeydlər:

  • 6 günlük iş qrafiki

  • İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)

Tələblər

  • Təhsil: Orta

  • İş stajı: Elektrik  ustası kimi azı 3 il təcrübə

  • Elektrik sahəsi üzrə müvafiq sertifikat mütləqdir.

  • Əmək haqqı: 1400-1500 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “Elektrik ustası” qeyd edərək göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Amal Group

Amal Group

Other

Amal Group Azərbaycanda kommersiya və fərdi sektor üçün fəaliyyət göstərən mühəndislik və tikinti şirkətidir. Şirkət çoxmərtəbəli yaşayış binaları, fərdi evlər və müxtəlif infrastruktur obyektlərinin tikintisi üzrə təcrübəyə malikdir və xidmətlərini dizayn – tikinti – fit-out (təmir və tamamlanma işləri) istiqamətində təqdim edir. Şirkət keyfiyyət və etibarlılığı əsas prioritet hesab edir və rəsmi məlumatlara görə 2018-ci ildə təsis olunub. Amal Group həmçinin ISO 9001:2015 keyfiyyət idarəetmə sertifikatına malikdir və layihələrin icrasında müasir texnologiyalar, peşəkar komanda və müştəriyönümlü yanaşma ilə fəaliyyət göstərir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10820

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya

Tikinti Departamentinin Müdiri

Tam Ştat

Vəzifənin məqsədi Tikinti Departamentinin Müdiri şirkətin həyata keçirdiyi tikinti layihələrinin planlaşdırılması, icrası və nəzarətinin təmin edilməsinə cavabdehdir. Bu vəzifə layihələrin müəyyən edilmiş müddət, büdcə və keyfiyyət standartlarına uyğun şəkildə tamamlanmasını təmin edir və tikinti prosesinin effektiv idarə olunmasına rəhbərlik edir. Əsas vəzifə öhdəlikləri Layihələrin planlaşdırılması və istehsalatın idarə olunması Tikinti layihələri üzrə istehsalat proqramlarının hazırlanmasını təşkil edir. Layihələr üzrə kalendar qrafiklərinin (Primavera P6 və ya MS Project) hazırlanmasına və icrasına nəzarət edir. Layihələrin icra prosesində yaranan gecikmələrin analizini aparır və korrektiv tədbirlər planı hazırlayır. Layihələrin irəliləyişinə dair həftəlik və aylıq hesabatlar hazırlayır. Tikinti prosesinə nəzarət Tikinti işlərinin layihə sənədlərinə və texniki standartlara uyğun icra olunmasına nəzarət edir. Tikinti işlərinin kalendar plan üzrə icra ritminin təmin edilməsini təşkil edir. Tikinti prosesində baş verən problemlərin operativ həllinə rəhbərlik edir. Podratçı və subpodratçıların idarə olunması Podratçı və subpodratçı təşkilatların fəaliyyətini koordinasiya edir. Subpodratçıların müqavilə şərtlərinə uyğun fəaliyyətinə nəzarət edir. Görülmüş işlərin aktlaşdırılması və iş həcmlərinin təsdiqi prosesinə nəzarət edir. Resurs və təchizatın idarə olunması Tikinti sahələrinin material, texnika və işçi qüvvəsi ilə təmin olunmasına nəzarət edir. Sahələrdən daxil olan material sifarişlərinin vaxtında təmin edilməsini koordinasiya edir. Material istifadəsinin optimallaşdırılmasını təmin edir. Büdcə və xərc nəzarəti Layihələrin büdcəsinə nəzarət edir. Xərclərin planlaşdırılmış büdcə çərçivəsində qalmasını təmin edir. Layihələr üzrə maliyyə monitorinqi və cost control aparır. Keyfiyyət və təhlükəsizlik Tikinti işlərinin milli və beynəlxalq tikinti standartlarına uyğun aparılmasını təmin edir. Tikinti sahələrində əmək təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət edir. Hesabatlıq və sənədləşmə Layihələr üzrə gündəlik, aylıq və illik hesabatlar hazırlayır. Tikinti prosesinə dair sənədlərin düzgün arxivləşdirilməsini təmin edir. Tamamlanmamış işlərin inventarlaşdırılmasını təşkil edir. Departamentin idarə olunması Tikinti departamentinin əməkdaşlarının fəaliyyətini koordinasiya edir. Komanda üzvlərinin iş bölgüsünü təşkil edir. Departament daxilində iş proseslərinin effektivliyini artırmaq üçün tədbirlər həyata keçirir.