Tikinti Departamentinin Müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 12 aprel 2026
Təsvir
Vəzifənin məqsədi
Tikinti Departamentinin Müdiri şirkətin həyata keçirdiyi tikinti layihələrinin planlaşdırılması, icrası və nəzarətinin təmin edilməsinə cavabdehdir. Bu vəzifə layihələrin müəyyən edilmiş müddət, büdcə və keyfiyyət standartlarına uyğun şəkildə tamamlanmasını təmin edir və tikinti prosesinin effektiv idarə olunmasına rəhbərlik edir.
Əsas vəzifə öhdəlikləri
Layihələrin planlaşdırılması və istehsalatın idarə olunması
Tikinti layihələri üzrə istehsalat proqramlarının hazırlanmasını təşkil edir.
Layihələr üzrə kalendar qrafiklərinin (Primavera P6 və ya MS Project) hazırlanmasına və icrasına nəzarət edir.
Layihələrin icra prosesində yaranan gecikmələrin analizini aparır və korrektiv tədbirlər planı hazırlayır.
Layihələrin irəliləyişinə dair həftəlik və aylıq hesabatlar hazırlayır.
Tikinti prosesinə nəzarət
Tikinti işlərinin layihə sənədlərinə və texniki standartlara uyğun icra olunmasına nəzarət edir.
Tikinti işlərinin kalendar plan üzrə icra ritminin təmin edilməsini təşkil edir.
Tikinti prosesində baş verən problemlərin operativ həllinə rəhbərlik edir.
Podratçı və subpodratçıların idarə olunması
Podratçı və subpodratçı təşkilatların fəaliyyətini koordinasiya edir.
Subpodratçıların müqavilə şərtlərinə uyğun fəaliyyətinə nəzarət edir.
Görülmüş işlərin aktlaşdırılması və iş həcmlərinin təsdiqi prosesinə nəzarət edir.
Resurs və təchizatın idarə olunması
Tikinti sahələrinin material, texnika və işçi qüvvəsi ilə təmin olunmasına nəzarət edir.
Sahələrdən daxil olan material sifarişlərinin vaxtında təmin edilməsini koordinasiya edir.
Material istifadəsinin optimallaşdırılmasını təmin edir.
Büdcə və xərc nəzarəti
Layihələrin büdcəsinə nəzarət edir.
Xərclərin planlaşdırılmış büdcə çərçivəsində qalmasını təmin edir.
Layihələr üzrə maliyyə monitorinqi və cost control aparır.
Keyfiyyət və təhlükəsizlik
Tikinti işlərinin milli və beynəlxalq tikinti standartlarına uyğun aparılmasını təmin edir.
Tikinti sahələrində əmək təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət edir.
Hesabatlıq və sənədləşmə
Layihələr üzrə gündəlik, aylıq və illik hesabatlar hazırlayır.
Tikinti prosesinə dair sənədlərin düzgün arxivləşdirilməsini təmin edir.
Tamamlanmamış işlərin inventarlaşdırılmasını təşkil edir.
Departamentin idarə olunması
Tikinti departamentinin əməkdaşlarının fəaliyyətini koordinasiya edir.
Komanda üzvlərinin iş bölgüsünü təşkil edir.
Departament daxilində iş proseslərinin effektivliyini artırmaq üçün tədbirlər həyata keçirir.
Tələblər
Ali təhsil (Tikinti mühəndisliyi və ya müvafiq sahə üzrə)
Tikinti sahəsində minimum 7 il iş təcrübəsi
MS Excel və MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
Texniki çertyojları və layihə sənədlərini oxuma bacarığı
Analitik düşünmə və problem həll etmə bacarığı
Vaxtın effektiv idarə olunması bacarığı
Liderlik və komanda idarəetmə bacarığı
Layihə planlaşdırma proqramları üzrə bilik:
Primavera P6
MS Project
FIDIC üzrə biliklər
Namizəd aşağıdakı sahələr üzrə biliklərə malik olmalıdır:
FIDIC müqavilə standartları (Red Book, Yellow Book, Silver Book) üzrə ümumi bilik
FIDIC müqavilələrində risk bölgüsü prinsipləri
Variation, Claim və Extension of Time (EOT) prosesləri üzrə anlayış
Engineer, Employer və Contractor rolları və məsuliyyət bölgüsü
FIDIC müqavilələrində ödəniş və sertifikatlaşdırma prosedurları
İş şəraiti
İş yeri: Caspian Plaza
İş qrafiki: 09:00 – 18:00 (5 günlük)
Layihələrin gedişatına nəzarət məqsədilə sahələrə səfərlər tələb oluna bilər
Əmək haqqı: müsahibə əsasında müəyyən edilir
Müraciət qaydası
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "Tikinti Departamentinin Müdiri" qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Amal Group
Other
Amal Group Azərbaycanda kommersiya və fərdi sektor üçün fəaliyyət göstərən mühəndislik və tikinti şirkətidir. Şirkət çoxmərtəbəli yaşayış binaları, fərdi evlər və müxtəlif infrastruktur obyektlərinin tikintisi üzrə təcrübəyə malikdir və xidmətlərini dizayn – tikinti – fit-out (təmir və tamamlanma işləri) istiqamətində təqdim edir. Şirkət keyfiyyət və etibarlılığı əsas prioritet hesab edir və rəsmi məlumatlara görə 2018-ci ildə təsis olunub. Amal Group həmçinin ISO 9001:2015 keyfiyyət idarəetmə sertifikatına malikdir və layihələrin icrasında müasir texnologiyalar, peşəkar komanda və müştəriyönümlü yanaşma ilə fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10821
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200