Ana Səhifə
Vakansiyalar

Elektrik Texniki Ofis Mühəndisi

Elektrik Texniki Ofis Mühəndisi

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 yanvar 2026

Son Tarix: 16 fevral 2026

Təsvir

  • Layihə büdcələri və müqavilələrinə uyğun olaraq elektrik işlərinin həcmlərini, BOQ-ları (iş həcmləri cədvəlləri) və xərclərə nəzarət hesabatlarını hazırlamaq, izləmək və yeniləmək.

  • Elektrik işləri üzrə planlaşdırılmış və faktiki icranı müqayisəli şəkildə izləmək, həftəlik və aylıq icra (progress) hesabatlarını hazırlamaq.

  • Planlama komandası ilə koordinasiyada elektrik işləri üzrə qrafiklərin, qısamüddətli (look-ahead) planların və işçi qüvvəsi/avadanlıq proqnozlarının hazırlanması və yenilənməsinə dəstək vermək.

  • Material sərfiyyatını, itkiləri (wastage) və məhsuldarlıq göstəricilərini izləyərək xərclərin səmərəliliyini və büdcə nəzarətini dəstəkləmək.

  • Elektrik işləri ilə bağlı variasiya sifarişləri, iddialar (claims) və xərclərə təsirin qiymətləndirilməsinə dəstək vermək.

  • Sahə mühəndisləri və subpodratçılarla koordinasiya edərək dəqiq sahə icra məlumatlarını toplamaq və yerinə yetirilmiş iş həcmlərini yoxlamaq.

  • Subpodratçıların ödəniş müraciətlərini, ölçmə cədvəllərini və elektrik işləri üzrə hesab-fakturaları nəzərdən keçirmək və yoxlamaq.

  • Elektrik işləri üzrə pul axını (cash flow) proqnozlarının və tamamlanmaya qədər xərclər (cost-to-complete) hesabatlarının hazırlanmasına dəstək vermək.

  • Xərclərə və planlamaya təsir edən təsdiqlənmiş çertyojlar, dəyişikliklər və sahə təlimatları üzrə yenilənmiş qeydləri aparmaq.

  • Koordinasiya və icra iclaslarında iştirak edərək elektrik işləri üzrə xərclər və planlama ilə bağlı məlumatlar təqdim etmək.

  • Layihənin təhvil-təslimi mərhələsində xərclər üzrə qeydlərin, yekun iş həcmlərinin və icra məlumatlarının düzgün şəkildə sənədləşdirilməsini təmin etməklə dəstək vermək.

Tələblər

TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR

Təhsil:

  • Elektrik Mühəndisliyi və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi.

Peşəkar bilik və bacarıqlar:

  • Tikinti layihələrində elektrik işləri üzrə xərclərə nəzarət (cost control),

  • İş həcmlərinin hesablanması (quantity surveying),

  • İcra gedişatının izlənməsi (progress monitoring),

  • Planlama komandası üçün dəstək və hesabatların hazırlanması.

İş təcrübəsi:

  • Tikinti layihələrində Elektrik Texniki Ofis, Xərclərə Nəzarət və ya Planlama sahəsində minimum 5 il iş təcrübəsi.

Dil və kompüter proqramları bilikləri:

  • MS Excel və MS Office proqramlarında yüksək səviyyədə bilik,

  • Primavera P6 və/və ya MS Project bilikləri üstünlükdür,

  • İş həcmlərinin yoxlanılması üçün AutoCAD bilikləri üstünlükdür,

  • Azərbaycan dili – səlis,

  • İngilis dili – orta səviyyə.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Pasha Real Estate

Pasha Real Estate

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4303

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Planlama üzrə Mühəndis

Tam Ştat

Planlama üzrə Mühəndis layihə cədvəlinin hazırlanması, yenilənməsi və monitorinqinə cavabdehdir. Bu rol podratçı, layihə nəzarəti və sahə komandaları ilə sıx əməkdaşlıq edərək irəliləyişi izləyir, gecikmələri müəyyən edir və dəqiq planlama məlumatları əsasında qərarverməni dəstəkləyir. Əsas Öhdəliklər: 1. Layihə Cədvəllərinin Hazırlanması Müqavilə tələblərinə uyğun olaraq layihənin əsas (baseline) cədvəlinin hazırlanması və yenilənməsi. Master cədvələ uyğun detallı həftəlik/aylıq cədvəllərin hazırlanması. Bütün fəaliyyətlərin resurslarla əlaqələndirilməsi və sahə reallığını əks etdirməsi. 2. İrəliləyişin Monitorinqi Gündəlik/həftəlik irəliləyişi izləmək və cədvələ daxil etmək. Podratçı irəliləyiş hesabatlarının dəqiqliyini yoxlamaq. Gecikmə və riskləri müəyyən edərək vaxtında hesabat vermək. 3. Hesabatlılıq Həftəlik/aylıq Planlama Hesabatlarının hazırlanması: Plan / Fakt müqayisəsi Critical Path analizi Gecikmələr və təklif olunan tədbirlər Dashboard və rəhbərliyə təqdimat üçün məlumatların hazırlanması. 4. Gecikmə və Mitigasiya Analizi EOT və gecikmə təsiri üzrə ilkin təhlil. Podratçının bərpa/mitigasiya cədvəllərinin qiymətləndirilməsi. Bütün cədvəl-əsaslı tələblərin sənədləşdirilməsi. 5. Koordinasiya və Kommunikasiya Sahə komandalarından (inzibati, MEP, satınalma, QS və s.) dəqiq məlumat toplamaq. Həftəlik iclaslarda planlama ilə bağlı məlumat vermək. Podratçı ilə cədvəl uyğunluğunu təmin etmək.