Elektrik Texniki
Bakı
Tam Ştat
Orta Səviyyə
900 - 1.300 AZN
Yerləşdirilib 19 may 2026
Son Tarix: 24 iyun 2026
Təsvir
Layihə və texniki sxemlər əsasında elektrik işlərinin müstəqil şəkildə icra edilməsi;
Müxtəlif obyektlərdə elektrik xətlərinin, avadanlıqların və sistemlərin quraşdırılması və sazlanması;
Güc və idarəetmə panolarının yığılması, montajı və istismara verilməsi;
Qalın en kəsikli enerji kabellərinin çəkilməsi, uclanması və qoşulması;
Kabel tava sistemləri, kabel kanalları və metal konstruksiyaların montajı;
Elektrik şəbəkələrində yaranan nasazlıqların operativ aşkarlanması və aradan qaldırılması;
Generator, stabilizator, ATS və digər elektrik avadanlıqlarının qoşulması və texniki baxışı;
Obyektlərdə texniki təhlükəsizlik qaydalarına uyğun iş prosesinin təşkili;
Servis xidmətləri ilə əlaqədar gecə növbələrində və regionlarda ezamiyyətlərdə iştirak;
Komanda ilə koordinasiyalı şəkildə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək;
Əmək haqqı: 900 – 1300 AZN (təcrübə və bilik səviyyəsinə uyğun təyin olunur);
Tələblərdən əlavə üstün bilik və peşəkar bacarıqlara malik namizədlər üçün əlavə təkliflər nəzərdə tutulur;
Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı.
Tələblər
Təhsil : Orta texniki
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 22 - 45
Cins : Kişi
Elektrik sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
Orta texniki, peşə və ya müvafiq ixtisas üzrə təhsil;
Elektrik panolarının istehsalı və montajı üzrə təcrübə üstünlük hesab olunur;
Sənaye və AVM mərkəzlərində elektrik işlərinin icrası bacarığı;
Elektrik sxemlərini və layihələri oxumaq bacarığı;
Elektrik təhlükəsizliyi norma və qaydaları haqqında məlumat;
Multimetr, ampermetr və digər ölçü cihazları ilə işləmə bacarığı;
Problemləri analiz edib qısa zamanda düzgün həll etmə bacarığı;
Məsuliyyətli, intizamlı və operativ işləmə bacarığı;
Sərbəst işləmək və qərarvermə qabiliyyəti;
Ezamiyyət və gecə iş rejiminə uyğunluq;
Sürücülük vəsiqəsinin olması arzuolunandır;
Elektrik təhlükəsizliyi üzrə sertifikatlar üstünlük hesab olunur.
Xahiş olunur yalnız uyğun namizədlər müraciət etsin
Maraqlanan namizədlər öz CV-lərini göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Exen Group MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16902
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə