Layihə və texniki sxemlər əsasında elektrik işlərinin müstəqil şəkildə icra edilməsi;
Müxtəlif obyektlərdə elektrik xətlərinin, avadanlıqların və sistemlərin quraşdırılması və sazlanması;
Güc və idarəetmə panolarının yığılması, montajı və istismara verilməsi;
Qalın en kəsikli enerji kabellərinin çəkilməsi, uclanması və qoşulması;
Kabel tava sistemləri, kabel kanalları və metal konstruksiyaların montajı;
Elektrik şəbəkələrində yaranan nasazlıqların operativ aşkarlanması və aradan qaldırılması;
Generator, stabilizator, ATS və digər elektrik avadanlıqlarının qoşulması və texniki baxışı;
Obyektlərdə texniki təhlükəsizlik qaydalarına uyğun iş prosesinin təşkili;
Servis xidmətləri ilə əlaqədar gecə növbələrində və regionlarda ezamiyyətlərdə iştirak;
Komanda ilə koordinasiyalı şəkildə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək;
Əmək haqqı: 900 – 1300 AZN (təcrübə və bilik səviyyəsinə uyğun təyin olunur);
Tələblərdən əlavə üstün bilik və peşəkar bacarıqlara malik namizədlər üçün əlavə təkliflər nəzərdə tutulur;
Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı.