Elektrik qaz qaynaqçısı-kəsici (Biləcəri)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 aprel 2026
Son Tarix: 30 aprel 2026
Təsvir
Qaynaq işlərinə müvafiq olaraq iş yerini hazırlamaq üçün yoxlamaq, yanğın təhlükəli materialların olmadığına əmin olmaq;
Xammalın, materialın, yanacağın, enerjinin səmərəli istifadəsini təmin etmək;
Qaynaq ediləcək və ya kəsiləcək detal və ya konstruksiyanın möhkəmliyini yoxlamaq;
Qaynaq ediləcək materialın xüsusiyyətinə görə elektrodu, qaynaq növünü, istilik dərəcəsini seçmək;
Təzyiq altında olan qaz balonları ilə davranma qaydalarına riayət etmək;
İşin sonunda iş yerində səliqə yaratmaq, qaz balonunu, şlanq və digər avadanlıqları yerlərinə qoymaq, yanğın təhlükəsi olmadığına əmin olmaq;
Növbəli iş qrafiki.
Tələblər
Təhsil: Müvafiq sahə üzrə peşə təhsili;
İş təcrübəsi: ən az 1 il;
Bilməlidir:
Qaz qaynaqçıları (qazkəsicilər) üçün əməyin mühafizəsi üzrə standart təlimatı;
İşə hazırlıq, iş görülən zaman, işin sonunda və qəza hallarında təhlükəsizlik;
Texniki təhlükəsizlik qaydarı, əməyin mühafizəsi, yanğından mühafizə, istehsalat sannitariya və gigiyenası, xəsarət alana ilkin yardım;
Sahədəki çənlərin, məhsulların, estakada və qurğuların yanğın təhlükəsizlik dərəcəsi haqqında.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14216
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+