Ana Səhifə
Vakansiyalar
Tikinti və İnşaat
Elektrik mühəndisi

Elektrik mexaniki (Qobustan, Güzdək, Ələt qəsəbələri üzrə)

Elektrik mexaniki (Qobustan, Güzdək, Ələt qəsəbələri üzrə)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 aprel 2026

Son Tarix: 30 aprel 2026

Təsvir

  • Gündəlik iş rejimi;

  • Sahənin qurğularını nəzəri və əməli baxımdan bilmək, onları saz vəziyyətdə saxlamaq, habelə onlara xidmət göstərilməsini bacarmaq, quraşdırma-çilingərlik işlərini bilmək və qurğuların təmir, quraşdırma, tənzimləmə və elektrik ölçmə işlərini bacarmaq;

  • Kabel təsərrüfatını saz vəziyyətdə saxlayır.

  • İstismar vaxtı keçmiş və ya kənar şəxslər tərəfindən zədələnən kabelləri yenisi ilə əvəz etmək, kabelləşmə işini təlimata və qaydalara uyğun həyata keçirmək;

  • Müəyyən olunmuş texnoloji proses cədvəli üzrə İMB qurğularına texniki xidmət göstərilməsi işlərini yerinə yetirmək, habelə qurğuların düzgün və fasiləsiz işini təmin etməklə, elektrik montyorları tərəfindən yerinə yetirilən işlərə nəzarət etmək;

  • İşlər yerinə yetirilərkən əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə əməl olunmaqla qatarların təhlükəsiz hərəkətini təmin etmək;

  • İMB qurğularının nasazlığı haqqında bildiriş alan kimi, qəza alətlərini və ölçmə cihazlarını götürməklə, nasazlıq olan yerə qısa müddət ərzində gəlmək.

  • Nasazlığı aradan qaldıran kimi elektrik mexaniki, həmin nasazlığın səbəblərini və aradan qaldırılması vaxtını göstərməklə, “Baxış jurnalı”nda müvafiq qeyd etmək;

  • Stansiya növbətçiləri ilə sıx təmasda olub, pult-tablonu nəzarətdə saxlamaq, lampaların dəyişdirilməsini və düymələrin tənzimlənməsini həyata keçirmək;

  • Öz biliklərini müntəzəm surətdə artırmaq və iş üsullarını təkmilləşdirmək, qurğulara xidmət göstərilməsinin qabaqcıl üsullarını mənimsəmək və tətbiq etmək, öz təcrübə və biliklərini tabeliyində olan işçilərə öyrətmək;

  • Öz sahəsinin qurğularının qış şəraitində işə hazırlığını vaxtlı-vaxtında yoxlamaq və təmin etmək;

  • Təhkim olunmuş sahədə qatarların təyin olunmuş sürətlə təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsinə və işçilərin təhlükəsizliyinə, İMB qurğularının təmiri və saxlanılması üzrə tapşırıqların keyfiyyətli yerinə yetirilməsinə, alətlərin, cihaz və mexanizmlərin effektli istifadə edilməsinə və vəzifələrin yerinə yetirilməsinə görə məsuliyyət daşımaq;

  • Xidmət göstərdiyi sahənin hüdudlarında xüsusi briqadalar, yaxud təşkilatlar tərəfindən təmir, tikinti-quraşdırma işlərinin icrası zamanı işlərin müəyyən olunmuş qaydada yerinə yetirilməsinə nəzarət etmək.

Tələblər

  • Təhsil: orta ixtisas (müvafiq sahə üzrə);

  • İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il;

  • İMB sahəsində olan qurğu və avadanlıqların quruluşunu, şərtləri və sxemləri;

  • İMB qurğuların təsdiq edilmiş texniki xidmət təlimatlarını;

  • Dəmir yolu nəqliyyatının elektirikləşdirilmiş xətlərində işçilərin təhlükəsizlik qaydaları;

  • İMB üzrə növbətçinin təlimatını və İMB qurğularının istismarına aid qüvvədə olan bütün başqa təlimatları;

  • Diqqətlilik;

  • Nəticəyönümlülük;

  • Peşəkar ehtiyatlılıq

Necə Müraciət Etmək Olar

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14215

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Sistem analitik (İT üzrə)

Tam Ştat

Biznes tələblərinin, sistem spesifikasiyalarının və digər müvafiq layihə sənədlərinin aydın və hərtərəfli sənədlərini yaratmaq; Proseslərin xəritələşdirilməsi və iş axınının təhlili kimi üsullardan istifadə edərək cari və gələcək dövlət biznes proseslərini sənədləşdirmək; Layihənin məqsəd və tələblərinin ortaq anlaşılmasını təmin etmək üçün müxtəlif maraqlı tərəflərlə, o cümlədən biznes istifadəçiləri, layihə menecerləri və İT tərtibatçıları ilə sıx əməkdaşlıq etmək; Təslim olunan həllərin biznes tələblərinə cavab verməsini təmin etmək üçün sınaq planlarının hazırlanmasına köməklik etmək və istifadəçi qəbulu testlərində iştirak etmək; Məsələləri və ya biznes tələbləri ilə həyata keçirilən həllər arasında uyğunsuzluqları həll etmək üçün inkişaf qrupu ilə əməkdaşlıq etmək; Texniki və qeyri-texniki maraqlı tərəflərlə səmərəli ünsiyyət qurmaq, biznes ehtiyaclarını texniki tələblərə çevirmək; Sistemin tətbiqi zamanı dəstək göstərmək və son istifadəçilərə yeni texnologiyaların başa düşülməsinə və mənimsənilməsinə kömək etmək üçün təlim materiallarının hazırlanmasına töhvə vermək; Təklif olunan həll yolları ilə bağlı potensial riskləri müəyyənləşdirmək və qiymətləndirmək və bunları layihənin maraqlı tərəflərinə çatdırmaq;

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə aparıcı mütəxəssis

Tam Ştat

Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək Məcəlləsini və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, ADY-nin Nizamnaməsini, ADY-nin İdarə Heyətinin qərarlarını, ADY sədrinin əmr, qərar, göstəriş və sərəncamlarını, Əməyin təhlükəsizliyi və mülki müdafiə departamenti tərəfindən irəli sürülən göstəriş və tapşırıqları, müvafiq struktur qurumun rəhbərinin göstəriş və tapşırıdlarını yerinə yetirmək, Müvafiq struktur qurumun əsasnaməsini və bu Təlimatı rəhbər tuturaq işini təşkil və müvafiq struktur qurumun tabeliyində olan təsərrüfatların sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) üzrə görülən işlərə nəzarət etmək; Müvafiq struktur qurumun tabeliyində olan təsərrüfatlarda SƏTƏMM sahəsi üzrə texniki monitorinqlər keçirmək, bu sahədə işlərin icra vəziyyətini araşdırmaq, müvafiq qaydada sənədləşdirilməni və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görmək; Bədbəxt hadisələr və qəza vəziyyəti törədə biləcək işlər üzrə lazımi tədbirlərin həyata keçirilməsinə nəzarət etmək; Əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi üzrə müvafiq struktur qurumun tabeliyində olan struktur qurum və bölmələrinin fəaliyyətini əlaqələndirmək, əməyin təhlükəsizliyinin öyrədilməsi və ətraf mühitin mühafizəsi işinin təşkilində köməklik göstərmək; SƏTƏMM sahəsində səriştəli peşəkar mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması istiqamətində tədris kurslarında, təlimlərdə və məşğələlərdə iştirakları üçün aidiyyəti üzrə təkliflər vermək; Müvafiq struktur qurumun tabeliyində olan struktur qurumlarda istismar olunan təhlükə potensiallı obyektlərdə Azərbaycan Respublikasının “Texniki təhlükəsizlik haqqında” qanunun və müddəalarının icrası ilə əlaqədar əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi tələblərinə riayət olunması və yerinə yetirilməsinə nəzarət etmək; Vəzifə funksiyaları ilə əlaqədar müvafiq struktur qurumun əməkdaşlarına köməklik göstərmək və nəzarəti həyata keçirmək; Qanunvericiliyin tələblərinə əsasən işçi heyətin ADY daxili intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya-gigiyena normalarına riayət etməsi, eləcə də əmək prosesi zamanı sağlamlıq və təhlükəsizlik ilə bağlı risklər üzrə nəzarəti həyata keçirmək, qayda və təlimatlar hazırlamaq, eyni zamanda əməyin təhlükəsizliyinin və ətraf mühitin mühafizəsi üçün təmin olunması üçün monitorinqlər keçirmək, çatışmamazlıqların aradan qaldırılması yönündə fəaliyyətləri icra etmək, əmək kollektivinin SƏTƏMM sahəsində maarifləndirilməsi üçün mütəmadi təlimlər keçmək, təlimatların aparılması yaxından iştirak etmək; Əmək sahəsində təhlükəsiz, sağlam və ekoloji cəhətdən təmiz iş şəraiti yaratmaq üçün lazımi tədbirlər görmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik və yanğın təhlükəsizliyi, o cümlədən sanitariya-gigiyena qaydalarına, ekologiya və ətraf mühitin mühafizəsinə riayət olunmasına nəzarət etmək; Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə bağlı müvafiq departament rəisinin və Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin göstərişlərini və tapşırıqlarını yerinə yetirmək; Mülki müdafiə üzrə tədbirlərin planlaşdırılması və keçirilməsini, mülki müdafiənin maddi-texniki ehtiyatlarının yaradılması və saxlanılması, fövqəladə halların qarşısının alınması üzrə zəruri tədbirlərin işlənib hazırlanması və keçirilməsi, müəyyən olunmuş hesabatın qeydiyyatının aparılması və tərtib edilməsini təşkil etmək; Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsi və təşkili məqsədi ilə verilən müvafiq əmrə əsasən, lazım gəldikdə onun struktur bölmələrində, attestasiya komissiyasında iştirak etmək.