Elektrik çilingəri (Xaçmaz rayonu)

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 3 mart 2026

Son Tarix: 18 mart 2026

Təsvir

  • Gündəlik olaraq elektrik avadanlıqlarının monitorinqini həyata keçirmək;

  • Müəssisədə mövcud olan elektrik avadanlıqlarına və qurğularına xidmət göstərmək;

  • Xüsusi ləvazimatlar və alətlərdən istifadə etməklə müxtəlif sabit və dəyişən cərəyan elektrik avadanlıqlarının təmiri üzrə işləri yerinə yetirmək;

  • Elektrik avadanlıqlarının təmiri zamanı sadə çilingər, montaj və dülgər işlərini yerinə yetirmək;

  • Elektrik avadanlıqları və qurğularını təmirdən sonra sınaqdan keçirmək və sazlanması işlərini görmək, onları istismara buraxılmağa hazırlamaq;

  • Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə məsuliyyətlə yanaşmaq;

  • Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik və mülkü-müdafiə qaydalarına riayət etmək.

Tələblər

  • Elektrik və ya texniki ixtisas üzrə orta ixtisas və ya peşə təhsili;

  • Elektrik sahəsində iş təcrübəsi arzuolunandır;

  • Elektrik sxemlərini oxumaq və onlarla işləmək bacarığı;

  • Təhlükəsizlik standartları haqqında bilik;

  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq;

  • Komanda ilə işləməyi bacarmaq.

Necə Müraciət Etmək Olar

Yalama Agropark LLC

Yalama Agropark LLC

Manufacturing

Yalama Agropark LLC Azərbaycanda fəaliyyət göstərən müasir aqrar-sənaye müəssisəsidir və əsasən istixana kompleksləri, tərəvəz istehsalı və aqro-emal istiqamətində ixtisaslaşıb. Şirkət kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlıq əldə etməyi və keyfiyyətli məhsulları həm daxili, həm də ixrac bazarına təqdim etməyi hədəfləyir. Yalama Agropark fəaliyyətində damcılı suvarma sistemləri, iqlimə nəzarət texnologiyaları və müasir aqrotexniki yanaşmalar tətbiq edir. Şirkət regionun aqrar potensialının inkişafına, yeni iş yerlərinin yaradılmasına və qeyri-neft sektorunun gücləndirilməsinə töhfə verən iri kənd təsərrüfatı layihələrindən biri kimi qiymətləndirilir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10382

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya

Əmtəə ticarəti (Trading) üzrə baş mütəxəssis (Xaçmaz rayonu)

Tam Ştat

Biz müxtəlif əmtəə kateqoriyaları üzrə satınalma əməliyyatlarını idarə edəcək yüksək ixtisaslı və strateji düşüncəyə malik Əmtəə ticarəti (Trading) üzrə baş mütəxəssis axtarırıq. Biz müxtəlif əmtəələr üzrə satınalma və ticarət fəaliyyətlərini başdan sonadək idarə edəcək yüksək ixtisaslı və strateji düşüncəyə malik Baş ticarət mütəxəssisi axtarırıq. Uğurlu namizəd satınalma strategiyalarının hazırlanması, tender proseslərinin idarə olunması, ticarət şərtləri danışıqları və etibarlı təchizatçı əlaqələrinin qurulmasına cavabdeh olacaq, eyni zamanda şirkətin siyasət və prosedurlarına, xərc hədəflərinə və əməliyyat məqsədlərinə uyğunluğu təmin edəcək. Əsas Vəzifə Öhdəlikləri Şirkətin məqsəd və büdcəsinə uyğun əmtəə üzrə satınalma strategiyalarının hazırlanması və icrası. Satınalma prosesinin tam idarə olunması: uyğun satıcı siyahısının formalaşdırılması (araşdırılması), RFQ/RFP/ITT-lərin hazırlanması, təchizatçıların qiymətləndirilməsi, müqavilə şərtlərinin razılaşdırılması və sifarişlərin yerləşdirilməsi. Bazar trendlərinin və təchizatçı performansının təhlili ilə optimal keyfiyyət və dəyərin təmin edilməsi. Əsas təchizatçılar və əlaqəli tərəflərlə şəffaf və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və davam etdirilməsi. Xərclərin azaldılması imkanlarının müəyyən edilməsi və satınalma səmərəliliyini artıran təşəbbüslərin göstərilməsi. Şirkətin daxili siyasətləri, prosedur qaydaları və müvafiq qanunvericilik tələblərinə riayət olunmasının təmin edilməsi. Maliyyə, logistika və əməliyyat komandaları ilə sıx əməkdaşlıq edərək satınalma planlarının biznes ehtiyaclarına uyğunlaşdırılması. İnnovativ və qənaətcil əmtəə üzrə satınalma strategiyalarının formalaşdırılması. Əmtəə Ticarəti (Commodity Trading) komandasının digər üzvlərinə dəstək göstərilməsi. Təchizatçılarla danışıqların aparılması və mövcud müqavilələrin mütəmadi olaraq nəzərdən keçirilməsi. Əmtəə xərcləri üzrə uzunmüddətli qənaət mədəniyyətinin təşviqi. Satınalma planlarının hazırlanması və nəticələr üzrə hesabatların təqdim edilməsi.