Əmtəə ticarəti (Trading) üzrə baş mütəxəssis (Xaçmaz rayonu)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 20 fevral 2026
Son Tarix: 18 mart 2026
Təsvir
Biz müxtəlif əmtəə kateqoriyaları üzrə satınalma əməliyyatlarını idarə edəcək yüksək ixtisaslı və strateji düşüncəyə malik Əmtəə ticarəti (Trading) üzrə baş mütəxəssis axtarırıq. Biz müxtəlif əmtəələr üzrə satınalma və ticarət fəaliyyətlərini başdan sonadək idarə edəcək yüksək ixtisaslı və strateji düşüncəyə malik Baş ticarət mütəxəssisi axtarırıq. Uğurlu namizəd satınalma strategiyalarının hazırlanması, tender proseslərinin idarə olunması, ticarət şərtləri danışıqları və etibarlı təchizatçı əlaqələrinin qurulmasına cavabdeh olacaq, eyni zamanda şirkətin siyasət və prosedurlarına, xərc hədəflərinə və əməliyyat məqsədlərinə uyğunluğu təmin edəcək.
Əsas Vəzifə Öhdəlikləri
Şirkətin məqsəd və büdcəsinə uyğun əmtəə üzrə satınalma strategiyalarının hazırlanması və icrası.
Satınalma prosesinin tam idarə olunması: uyğun satıcı siyahısının formalaşdırılması (araşdırılması), RFQ/RFP/ITT-lərin hazırlanması, təchizatçıların qiymətləndirilməsi, müqavilə şərtlərinin razılaşdırılması və sifarişlərin yerləşdirilməsi.
Bazar trendlərinin və təchizatçı performansının təhlili ilə optimal keyfiyyət və dəyərin təmin edilməsi.
Əsas təchizatçılar və əlaqəli tərəflərlə şəffaf və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və davam etdirilməsi.
Xərclərin azaldılması imkanlarının müəyyən edilməsi və satınalma səmərəliliyini artıran təşəbbüslərin göstərilməsi.
Şirkətin daxili siyasətləri, prosedur qaydaları və müvafiq qanunvericilik tələblərinə riayət olunmasının təmin edilməsi.
Maliyyə, logistika və əməliyyat komandaları ilə sıx əməkdaşlıq edərək satınalma planlarının biznes ehtiyaclarına uyğunlaşdırılması.
İnnovativ və qənaətcil əmtəə üzrə satınalma strategiyalarının formalaşdırılması.
Əmtəə Ticarəti (Commodity Trading) komandasının digər üzvlərinə dəstək göstərilməsi.
Təchizatçılarla danışıqların aparılması və mövcud müqavilələrin mütəmadi olaraq nəzərdən keçirilməsi.
Əmtəə xərcləri üzrə uzunmüddətli qənaət mədəniyyətinin təşviqi.
Satınalma planlarının hazırlanması və nəticələr üzrə hesabatların təqdim edilməsi.
Tələblər
Biznesin İdarəedilməsi, Təchizat Zənciri, Logistika və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
CIPS, PMP kimi peşəkar sertifikatlar üstünlükdür
Microsoft Office proqramlarında, xüsusilə Excel-də yüksək keyfiyyətdə işləmə bacarığı
Satınalma və təchizat sahəsində minimum 2–3 il iş təcrübəsi
Mürəkkəb satınalma layihələrinin və təchizatçı danışıqlarının uğurla idarə olunması üzrə sübut olunmuş təcrübə
Güclü danışıqlar və idarəetmə bacarıqları
Analitik düşüncə və problem həll etmə qabiliyyəti
Dil bilikləri: Azərbaycan dili (ana dili), İngilis dili (B2), Rus dili (B2)
ERP sistemləri (SAP, 1C və s.) və Outlook ilə iş təcrübəsi
Təchizatçı qiymətləndirilməsi, risklərin idarə olunması və xərc analizi üzrə dərin biliklər
Güclü ünsiyyət (kommunikasiya) bacarıqları
Yüksək tempdə və stresli mühitdə müstəqil işləmək, eyni zamanda bir neçə prioriteti idarə etmək bacarığı
Ölkədaxili və beynəlxalq ezamiyyətlərə hazır olmaq.
Necə Müraciət Etmək Olar
Yalama Agropark LLC
Manufacturing
Yalama Agropark LLC Azərbaycanda fəaliyyət göstərən müasir aqrar-sənaye müəssisəsidir və əsasən istixana kompleksləri, tərəvəz istehsalı və aqro-emal istiqamətində ixtisaslaşıb. Şirkət kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlıq əldə etməyi və keyfiyyətli məhsulları həm daxili, həm də ixrac bazarına təqdim etməyi hədəfləyir. Yalama Agropark fəaliyyətində damcılı suvarma sistemləri, iqlimə nəzarət texnologiyaları və müasir aqrotexniki yanaşmalar tətbiq edir. Şirkət regionun aqrar potensialının inkişafına, yeni iş yerlərinin yaradılmasına və qeyri-neft sektorunun gücləndirilməsinə töhfə verən iri kənd təsərrüfatı layihələrindən biri kimi qiymətləndirilir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9490
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500