Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 19 iyun 2026

Təsvir

Şirkətimiz elektrik sistemlərinin təhlükəsiz və fasiləsiz işləməsini təmin edəcək Elektrik üzrə mütəxəssis axtarır. Namizəd elektrik avadanlıqlarının texniki baxışı, nasazlıqların aradan qaldırılması və profilaktik baxım işlərini həyata keçirəcək. O, həmçinin elektrik sistemlərinin təhlükəsizlik standartlarına uyğun istismarına nəzarət edəcək.

Vəzifə öhdəlikləri

  • Elektrik sistemləri, avadanlıqları və cihazlarının texniki baxışı, profilaktik baxımı və təmirinin həyata keçirilməsi;

  • Elektrik sistemlərində nasazlıq və uyğunsuzluqların aşkar olunması və aradan qaldırılması;

  • Elektrik təhlükələrinin və risklərin müəyyən edilməsi;

  • Elektrik sxemlərinin oxunması və uyğun avadanlıqların müəyyən edilməsi;

  • Elektrik sistemlərinin ölçmə və sınaq alətləri vasitəsilə yoxlanılması;

  • Aşınmış avadanlıqların təmiri, bərpası və dəyişdirilməsi;

  • Yeni elektrik avadanlıqlarının və cihazlarının quraşdırılması;

  • Elektrik işləri üzrə hesabatların hazırlanması və təqdim edilməsi;

  • Əmək təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına riayət olunması.

Tələblər

  • Elektrik mühəndisliyi və ya əlaqəli sahə üzrə peşə və ya ali təhsil;

  • Elektrik ixtisası üzrə sertifikatın olması;

  • Elektrik sahəsində minimum 3–5 il iş təcrübəsi;

  • Yaşayış və kommersiya obyektləri üzrə elektrik standartları və təhlükəsizlik tələbləri üzrə biliklər;

  • Elektrik sxemlərini oxuma və tətbiq etmə bacarığı;

  • Fiziki sağlamlıq və yüksəklikdə işləmək bacarığı;

  • Fövqəladə hallarda operativ və düzgün qərarvermə bacarığı;

  • Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Könüllü tibbi sığorta

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Facility Management Group

Facility Management Group

Other

Facility Management Group (FMG) Azərbaycanda daşınmaz əmlakların peşəkar idarə olunması və bina istismarı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. FMG hazırda 400-dən çox ofis və yaşayış binası, eləcə də biznes və ticarət mərkəzləri kimi müxtəlif təyinatlı obyektlərin idarəetməsini həyata keçirir və bu sahədə geniş təcrübəyə malikdir. Şirkət əsasən bina idarəetməsi, texniki xidmət, əməliyyat və istismar proseslərinin təşkili, eləcə də mülklərin dəyərinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində həllər təqdim edir. FMG “Dəyərimiz insanlarımızdır” yanaşması ilə həm müştəri məmnuniyyətini, həm də uzunmüddətli dayanıqlı idarəetməni ön planda saxlayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17862

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya