Bağban (3 aylıq müddətli əmək müqaviləsi əsasında)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 18 iyun 2026
Təsvir
Şirkətimiz yaşıllıq sahələrinin və landşaft ərazilərinin qulluq işlərini həyata keçirəcək Bağban axtarır. Namizəd bitkilərin sağlam saxlanılması, ərazinin səliqəli görünüşünün qorunması və gündəlik bağçılıq işlərinin icrasını təmin edəcək.
Yaşıllıq və landşaft ərazilərinə gündəlik qulluq göstərilməsi;
Ağac, gül və digər bitkilərin əkilməsi, suvarılması və budanması;
Bitkilərin sağlamlığının qorunması və zərərvericilərə qarşı tədbirlərin görülməsi;
Ərazinin təmiz və səliqəli saxlanılmasının təmin edilməsi;
Gübrələmə və torpaq qulluq işlərinin həyata keçirilməsi;
Bağçılıq avadanlıqları və alətlərindən düzgün istifadə olunması;
Mövsümi bağçılıq işlərinin yerinə yetirilməsi;
Əmək təhlükəsizliyi qaydalarına riayət olunması.
Tələblər
Bağçılıq və ya landşaft işləri üzrə minimum 1 il iş təcrübəsi;
Bitkilərə qulluq və bağçılıq işləri üzrə əsas biliklər;
Fiziki işləmək bacarığı və açıq havada işləməyə uyğunluq;
Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
Komanda ilə işləmək bacarığı;
Yaşıllıq sahələrinin qorunmasına və səliqəsinə həssas yanaşma.
Qeyd:
Vakansiya 3 aylıq müddətli əmək müqaviləsi əsasında nəzərdə tutulmuşdur.
Necə Müraciət Etmək Olar
Facility Management Group
Other
Facility Management Group (FMG) Azərbaycanda daşınmaz əmlakların peşəkar idarə olunması və bina istismarı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. FMG hazırda 400-dən çox ofis və yaşayış binası, eləcə də biznes və ticarət mərkəzləri kimi müxtəlif təyinatlı obyektlərin idarəetməsini həyata keçirir və bu sahədə geniş təcrübəyə malikdir. Şirkət əsasən bina idarəetməsi, texniki xidmət, əməliyyat və istismar proseslərinin təşkili, eləcə də mülklərin dəyərinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində həllər təqdim edir. FMG “Dəyərimiz insanlarımızdır” yanaşması ilə həm müştəri məmnuniyyətini, həm də uzunmüddətli dayanıqlı idarəetməni ön planda saxlayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17860
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+