Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 1 may 2026

Son Tarix: 30 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Ofis və mərkəzi anbar daxilində elektrik xətlərinin, kabellərin və avadanlıqların təhlükəsiz quraşdırılmasını təmin etmək;

  • Satış sahələrinin elektrik təchizatı üçün kabelləşmə işlərini həyata keçirmək;

  • Yarmarka ərazisində elektrik xətlərinin, kabellərin və avadanlıqların təhlükəsiz quraşdırılmasını təmin etmək;

  • Satış köşkləri, çadırlar, səhnə, işıqlandırma sistemləri və digər elektrik avadanlıqlarının enerji təchizatını təşkil etmək;

  • Tədbir başlamazdan əvvəl bütün elektrik sistemlərinin texniki baxışını keçirmək;

  • Söküntü işləri zamanı elektrik avadanlıqlarının təhlükəsiz şəkildə demontajını həyata keçirmək.

Tələblər

  • Elektrik sistemləri üzrə texniki bilik;

  • Təhlükəsizlik standartlarını bilmə;

  • Elektrik üçün 3-cü qrup texniki təhlükəsizlik sertifikatı;

  • Generator və paylayıcı sistemlərlə işləmə bacarığı;

  • Operativ problem həll etmə;

  • Komanda ilə işləmək bacarığı;

  • Fiziki dözümlülük və məsuliyyətlilik.

  • Ali və ya orta ixtisas təhsili;

İş rejimi:

  • Tərtib edilmiş qrafik üzrə

  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

CV-lərinizi mövzu hissəsində **“Elektrik”**yazaraq qeyd edilən elektron poçt ünvanına göndərin.

Necə Müraciət Etmək Olar

Aqrar Tədarük və Təchizat

Aqrar Tədarük və Təchizat

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15508

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya