Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 aprel 2026

Son Tarix: 17 may 2026

Təsvir

**“Hüquqşünas”**vakansiyası üzrə işçi axtarışı elan edilir!

Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Vəzifə öhdəlikləri:

  • Hüquqi məsələlərlə əlaqədar Cəmiyyətə və ya şöbəyə daxil olan məktublara cavab yazmaq və onların təyinatı üzrə göndərilməsini təmin etmək;

  • Qərarların, əmrlərin, sərəncamların, sazişlərin və hüquqi xarakterli digər normativ sənədlərin qüvvədə olan qanunvericiliyə uyğunluğunu qabaqcadan yoxlamaq, zəruri hallarda isə həmin sənədləri hazırlamaq;

  • Normativ hüquqi aktların müddəaları və Cəmiyyətin fəaliyyətində qarşıya çıxan ziddiyyətli hüquqi məsələlər barədə yazılı şərh vermək;

  • Bütün növ daxili sənədlərin tərtib olunmasında iştirak etmək;

  • Müqavilələri və müqavilə əlavələrini hazırlamaq, onlar barədə hüquqi rəy vermək, qanunvericiliyə uyğunluğunu yoxlamaq;

  • Müqavilələrin reyestrinin aparılmasını həyata keçirmək;

  • Müvafiq dövlət orqanlarına, təşkilatlara, idarələrə sorğuları hazırlamaq, göndərmək və cavablarını əldə etmək;

  • Bilavasitə rəhbəri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali hüquq təhsili;

  • Hüquq sahəsində minimum 1-3 il iş təcrübəsi;

  • Müqavilələr hüququ sahəsində təcrübə;

  • Analitik düşünmə və təhlil qabiliyyəti;

  • MS Office proqramlarını (xüsusilə Word, Excel, PowerPoint) yaxşı səviyyədə bilmək;

  • Azərbaycan dilində sərbəst, İngilis dilini orta səviyyədə bilmək.

İş rejimi:

  • 5 günlük iş qrafiki

  • İş saatı 09:00-18:00-dək

  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

CV-lərinizi mövzu hissəsində **“Hüquqşünas”**yazaraq qeyd edilən elektron poçt ünvanına göndərin.

Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!

Necə Müraciət Etmək Olar

Aqrar Tədarük və Təchizat

Aqrar Tədarük və Təchizat

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14201

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi

Tam Ştat

Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Vəzifə öhdəlikləri: Cəmiyyət tərəfindən icra olunan layihələrin planlaşdırılması, koordinasiyası və icra proseslərinin izlənməsində iştirak etmək; Layihələrin həyata keçirilməsi üçün zəruri məlumatların toplanması, sistemləşdirilməsi və təhlilini aparmaq; Layihə planlarının hazırlanması və fəaliyyət qrafiklərinin tərtib olunmasında iştirak etmək; Layihələrin icra vəziyyətini izləmək, müəyyən olunmuş müddət və büdcəyə uyğunluğunu monitorinq etmək; Layihə icrası zamanı yaranan risk və problemlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq; Layihələrlə bağlı iclasların təşkili və keçirilən iclaslar üzrə protokol və təqdimat materiallarının hazırlanmasında iştirak etmək; Layihələrin icrası ilə bağlı dövri hesabatların, analitik arayışların və məlumatların hazırlanmasında iştirak etmək; Layihə sənədlərinin hazırlanması, arxivləşdirilməsi və məlumat bazasının formalaşdırılmasına dəstək vermək; Layihələr üzrə tərəfdaş təşkilatlar və digər maraqlı tərəflərlə iş prosesində koordinasiyanı təmin etmək; Yeni layihə təkliflərinin verilməsi və yeni layihələr üçün şərtlərin hazırlanmasını təmin etmək; Layihələrin miqyasını, proqramını və nəticələrini müəyyənləşdirmək və aydınlaşdırmaq; Layihələrin effektivliyinin qiymətləndirilməsi və nəticələrin təhlili üçün məlumatların hazırlanmasında iştirak etmək; Layihə fəaliyyətlərinin təşkilatın strateji məqsədlərinə uyğunluğunu nəzərdən keçirmək və təkliflər vermək;