Layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 22 mart 2026
Son Tarix: 19 aprel 2026
Təsvir
Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vəzifə öhdəlikləri:
Cəmiyyət tərəfindən icra olunan layihələrin planlaşdırılması, koordinasiyası və icra proseslərinin izlənməsində iştirak etmək;
Layihələrin həyata keçirilməsi üçün zəruri məlumatların toplanması, sistemləşdirilməsi və təhlilini aparmaq;
Layihə planlarının hazırlanması və fəaliyyət qrafiklərinin tərtib olunmasında iştirak etmək;
Layihələrin icra vəziyyətini izləmək, müəyyən olunmuş müddət və büdcəyə uyğunluğunu monitorinq etmək;
Layihə icrası zamanı yaranan risk və problemlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
Layihələrlə bağlı iclasların təşkili və keçirilən iclaslar üzrə protokol və təqdimat materiallarının hazırlanmasında iştirak etmək;
Layihələrin icrası ilə bağlı dövri hesabatların, analitik arayışların və məlumatların hazırlanmasında iştirak etmək;
Layihə sənədlərinin hazırlanması, arxivləşdirilməsi və məlumat bazasının formalaşdırılmasına dəstək vermək;
Layihələr üzrə tərəfdaş təşkilatlar və digər maraqlı tərəflərlə iş prosesində koordinasiyanı təmin etmək;
Yeni layihə təkliflərinin verilməsi və yeni layihələr üçün şərtlərin hazırlanmasını təmin etmək;
Layihələrin miqyasını, proqramını və nəticələrini müəyyənləşdirmək və aydınlaşdırmaq;
Layihələrin effektivliyinin qiymətləndirilməsi və nəticələrin təhlili üçün məlumatların hazırlanmasında iştirak etmək;
Layihə fəaliyyətlərinin təşkilatın strateji məqsədlərinə uyğunluğunu nəzərdən keçirmək və təkliflər vermək;
Tələblər
Ali təhsil (İqtisadiyyat, Biznesin idarə olunması, Kənd təsərrüfatı, Menecment, Layihələrin idarəolunması və ya digər uyğun sahələr üzrə bakalavr dərəcəsi);
Layihələrin idarəolunması və ya əlaqədar sahələrdə minimum 2 il iş təcrübəsi;
Aqrar layihələr, donor proqramları və beynəlxalq təşkilatlarda iş təcrübəsi üstünlük hesab olunur;
MS Office proqramlarını (xüsusilə Word, Excel, PowerPoint) yaxşı səviyyədə bilmək;
Excel-də məlumat analizi və vizualizasiya alətləri ilə işləmək bacarığı;
Azərbaycan dilində sərbəst, İngilis dilində texniki sənədləri anlama, danışma və yazışma səviyyəsində bilmək (rus dili əlavə üstünlükdür);
Layihələrin idarə olunması sahəsi üzrə sertifikatlara sahib olmaq arzuolunandır;
Layihələrin idarəolunması üzrə əsas biliklər;
Layihə sənədlərinin və hesabatların hazırlanması bacarığı;
Məlumat toplama, təhlil və statistik məlumatların emalı üzrə bacarıqlar;
Müxtəlif formatda vizual və təqdimat materialları hazırlamaq bacarığı (slayd, qrafik, cədvəl və s.);
Komandada işləmək bacarığı;
Fermerlərlə ünsiyyət bacarığı;
Eyni anda bir neçə işi idarə etmək bacarığı
İşrejimi:
5 günlük iş qrafiki
İş saatı 09:00-18:00-dək
Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
Qeyd**:** CV-lərinizi mövzu hissəsində **“Layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi”**yazaraq qeyd edilən elektron poçt ünvanına göndərin.
Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!
Necə Müraciət Etmək Olar
Aqrar Tədarük və Təchizat
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11584
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə