Ana Səhifə
Vakansiyalar

Əlavə xidmətlər üzrə operator (Bakı-səyyar)

Əlavə xidmətlər üzrə operator (Bakı-səyyar)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 fevral 2026

Son Tarix: 18 mart 2026

Təsvir

  • Notebook və mobil telefonlara proqram təminatının yüklənməsi və quraşdırılması;

  • Müştərilərə göstərilən xidmətlər haqqında dəqiq və düzgün məlumatın verilməsi;

  • Komandanın satış hədəflərinə çatmasına texniki dəstək göstərilməsi;

  • Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Səlis azərbaycan və rus dili biliyi, ingilis dili biliyi arzuolunandır;

  • IT sahəsində baza biliklərinə malik olmaq (proqram təminatlarının yüklənməsi, cihazların sazlanması və s.);

  • Rəqəmsal məhsullar (notebooklar, mobil telefonlar, proqram təminatları və s.) haqqında məlumatlı olmaq;

  • Komandada işləmə və yüksək ünsiyyət bacarığı;

  • Məsuliyyətlilik, diqqətlilik və dəqiqlik.

  • Aktiv və təşəbbüskar olmaq;

  • Elektronika və texnologiyaya maraq göstərmək;

  • Yenilikləri öyrənməyə və tətbiq etməyə açıq olmaq.

İş şəraiti:

  • İş günləri: 6 gün iş, 1 gün istirahət;

  • Rəqabət qabiliyyətli əmək haqqı.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9322

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya