Ekspeditor
Tam Ştat
Orta Səviyyə
540 AZN-dən
Yerləşdirilib 5 fevral 2026
Son Tarix: 5 mart 2026
Təsvir
AZERA Holding MMC tərkibindəki Vetart MMC-də Ekspeditor vakansiyasını elan edir!
Vəzifə öhdəlikləri:
Nəqliyyat vasitəsini qoyulan vaxt ərzində təyin olunmuş məntəqəyə çatdırmaq;
Təhkim olunmuş nəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə saxlamaq;
Nəqliyyat vasitəsini və nəqliyyat vasitəsində mövcud yüklərin mühafizə olmasını təmin etmək, nəqliyyat vasitəsini nəzarətsiz qoymamaq, dayanacaqda saxladığı təqdirdə mövcud olan təhlükəsizlik tədbirlərini (qapıların blok edilməsi, xüsusi siqnal mühafizə qurğularının qoşulması) həyata keçirmək;
Dislokasiya üzrə əraziyə çıxan zaman marşrutu aidiyyəti üzrə rəhbərlə tam dəqiqləşdirmək;
İşlədiyi dövr ərzində tabe olduğu rəhbərin xidməti tələb, göstəriş və tapşırıqlarına əməl etmək;
Nəqliyyat vasitəsini istismarı zamanı kilometraj, yanacaq xərclərini (yol vərəqələrinin) qeydiyyatını aparmaq və istismar xərclərinin səmərəli idarə edilməsinə nəzarət etmək;
Nəqliyyat vasitəsini təyin olunmuş əraziyə (yük platformalarına, saxlama nöqtələrinə və s.) yönəldiyi, hər hansı bir malın yükləndiyi, daşındığı vaxt ərzində sağlamlıq və təhlükəsizlik üçün riskli olmadığına nəzarət edib və zəruri ehtiyat tədbirlərini həyata keçirmək.
Tələblər
1 Ekspeditor Bakı üçün, 1 Ekspeditor isə Gəncə ərazisi üçün nəzərdə tutulmuşdur (Buna görə CV ni atarkən Müvafiq ərazini qeyd etməniz mütləqdir)
Cins:Kişi
Ünsiyyətcil, dürüst, komandada işləmək bacarığı, stressə davamlılıq
Azərbaycan dili səlis
Müvafiq sahədə ən az 1 il iş təcrübəsi
MC Office proqram biliyi
İş şərtləri:
ƏM-nə uyğun rəsmiləşdirilmə
Əmək haqqı: 540 AZN
5 günlük iş qrafiki
Müraciət üçün: CV-nizi “Ekspeditor” mövzusu, şirkətin adı qeyd olunmaqla göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Azera Holding
Finance
Azera Holding Azərbaycanda fəaliyyət göstərən, özəl sektorda 20 ilə yaxın təcrübəyə malik şirkətlər qrupudur. Holdinq fəaliyyətində innovativ yanaşmaları önə çəkir və yerli brendlərin həm ölkədaxili inkişafına, həm də MDB və Avropa bazarlarında tanınmasına töhfə verməyi hədəfləyir. Holdinqin tərkibinə müxtəlif sahələri əhatə edən 30-a yaxın şirkət daxildir. Bu istiqamətlərə səhiyyə, kənd təsərrüfatı, iaşə xidmətləri, kosmetologiya, qida və təhlükəsizlik sahələri daxildir. Azera Holding eyni zamanda yeni iş yerlərinin yaradılması və yerli kadr potensialının gücləndirilməsi kimi mövzulara fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7464
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+