Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 yanvar 2026

Son Tarix: 7 mart 2026

Təsvir

  • Ətraf mühitin mühafizəsi sahəsində müvafiq tedbirlər planının işlanməsi, bu tedbirlərin yerinə yetirilməsi və hesabatların hazırlanması üzrə müvafiq işlərin görülmesində iştirak etmek;

  • Qeyri-filiz faydalı qazıntı yataqları və istehsal müəssisələri sahəsində ətraf mühitə ve sosial sahəyə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə müvafiq işlərin yerinə yetirilməsini temin etmek;

  • Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinin, eyni zamanda beynalxalq standartların va aidiyyəti normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə yönəldilmiş müvafiq tədbirlərin görülməsində iştirak etmək;

  • Dövri olaraq müəssisələr daxili və istismar karxanalarında ekoloji monitorinqin keçirilməsində və nəticələrinə dair hesabatın hazırlanmasında iştirak etmək, monitorinq zamanı aşkarlanan uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;

  • İstehsalat prosesləri zamanı ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə tədbirlərin görülməsində və mütəmadi nəzarət edilməsini həyata keçirmək;

  • Tikinti sahəsində fəaliyyət göstərən podratçı şirkətlərin aidiyyəti üzrə məsul şəxslərinin əhəmiyyətli ekoloji aspektlərlə və daxili qaydalarla tanış edilməsini təşkil etmək;

  • İstehsal müəssisələrində və qeyri-filiz faydalı qazıntı yataqlarında formalaşan təhlükəli tullantılar üzrə müvafiq məlumatların toplanması, müvəqqəti saxlanma sahəsində saxlanılmasının və daşınmasının təşkil edilməsi;

  • Atmosferə zərərli maddələrin atılmasının, yerüstü su mənbələrinə axıntı sularının axıdılmasına və texnoloji proseslərdə axıntı sularının təmizlənməsi zamanı əmələ gələn bərk tullantıların, eyni zamanda qaz-toz tutucu qurğularının dövri olaraq dəyişdirilən filtrlərinin poliqonlarda yerləşdirilməsinin normativ layihə sənədləri və müvafiq qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilməsi üzrə işlər görülməsini təmin etmək;

  • Səlahiyyətləri çərçivəsində toksiki və qeyri-toksiki, radioaktiv tullantıların əmələ gəlməsinə, basdırılmasına və zərərsizləşdirilməsinə nəzarətin həyata keçirilməsi üzrə işlərin görülməsində planlaşdırmaq;

  • Ətraf mühitə zərərli fiziki təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına nəzarətin həyata keçirilməsini təmin etmək;

  • Təhlükəli, sənaye və məişət mənşəli tullantıların idarə olunmasının ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji təhlükəsizlik tələblərinə uyğun şəkildə təşkil edilməsini təmin etmək;

  • Dövlət orqanı tərəfindən planlaşdırılmış yoxlamaların keçirilməsində iştirak etmək və uyğunsuzluqların aradan götürülməsini təmin etmək;

  • Ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsi, ekoloji şəraitin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin təşkili və nəzarəti üzrə işləri təmin etmək;

  • Zərərli ekoloji aspektlərin əhəmiyyətinin azaldılması üzrə proqramların işlənib hazırlanmasını təmin etmək;

  • İstehsal müəssisələrinin və qeyri-filiz faydalı qazıntı yataqlarının ekoloji normativ sənədlərini qanunvericilik tələblərinə uyğun tərtib etmək və nəzarətdə saxlamaq.

Tələblər

  • Təhsil: Ali;

  • Yaş həddi: 30-55;

  • İş təcrübəsi: 5 ildən yuxarı;

  • Kompüter biliyi: MS Office və AutoCad;

Şəxsi keyfiyyətlər

  • Məsuliyyətlilik;

  • İşə planlı yanaşma;

  • Fikrini izah etmək qabiliyyəti;

  • Detallara diqqətli yanaşma.

İş şəraiti:

  • İş yeri: Azvul Istehsalat Müəssisəsi;

  • İş qrafiki: 5 günlük;

  • İstirahət: Şənbə və bazar günləri;

  • Əmək haqqı: Biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik.

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#6311

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya