E-ticarət üzrə menecer/Məhsul sahibi
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 1 may 2026
Son Tarix: 30 may 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
E- ticarət platformalarında (Tamstore e-ticarət platforması, Tamstore mobil tətbiqi,wolt, boltfood və s.) müəssisənin səmərəli fəaliyyətinin təmin olunması;
Yeni yaradılacaq e-ticarət sisteminin (app və ya sayt) qurulmasına rəhbərlik etmək və bütün prosesləri koordinasiya etmək;
Onlayn satışın artırılması üçün bazar araşdırmaları aparmaq və inkişaf istiqamətlərini müəyyənləşdirmək;
Məhsulun ideyadan başlayaraq istifadəyə verilməsi və sonrakı inkişaf mərhələlərinə qədər bütün prosessi idarə etmək;
Satış və istifadəçi davranışlarını analiz edərək platformanın effektivliyini artırmaq;
Texniki komanda, marketinq və satış komandaları ilə koordinasiyalı işləmək;
Platformanın performansını analitik alətlərlə izləmək;
Data əsaslı qərarlar qəbul edərək satış və istifadəçi təcrübəsini inkişaf etdirmək;
Texniki tapşırıqları (technical requirements) yazmaq;
İnteqrasiya (proses və ya texniki) məsələlərini həll etmək.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Biznes proseslərin qurulması və optimallaşdırılması bacarığı;
Onlayn satış və e-commerce üzrə güclü anlayış;
Liderlik və komanda idarəetmə bacarığı;
Analitik düşünmə və strateji yanaşma.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali təhsil (Biznes, Marketinq və ya əlaqəli sahə üzrə);
E-ticarət, onlayn satış və ya digital məhsul idarəçiliyi üzrə minimum 2-3 il iş təcrübəsi;
Mobil tətbiq və web platformaların qurulması və idarə olunması üzrə təcrübə;
Retail sektorunda təcrübə üstünlükdür.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 45 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “E-ticarət üzrə menecer/Məhsul sahibi” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Tam Store
Retail
Tam Store (Tamstore) Azərbaycanda fəaliyyət göstərən mini, city və super formatlı marketlər şəbəkəsidir. Şirkət “tam xidmət, tam keyfiyyət, tam qiymət” prinsipi ilə müştərilərə geniş məhsul seçimi və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir. Tamstore brendi qida və gündəlik tələbat məhsullarının satışında müasir market konsepti ilə seçilir. Tamstore eyni zamanda ölkə daxilində filial şəbəkəsini genişləndirərək müxtəlif regionlarda yeni şöbələr açmaqla daha geniş müştəri bazasına xidmət göstərir. Rəsmi məlumatlara əsasən, şirkət Azərbaycan bazarında istehsal və distribüsiya sahəsində tanınan Avrora Group-un retail sektoruna daxil olması ilə yaradılıb və ilk filiallar Sumqayıt, Bakı (Binəqədi) və Nərimanov ərazisində fəaliyyətə başlayıb.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15632
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+