Dövlət xidmətlərinin dizaynı və təkmilləşdirilməsi üzrə Baş Mütəxəssis/Baş Biznes analitik
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 fevral 2026
Son Tarix: 27 mart 2026
Təsvir
Dövlət xidmətlərinin həyat hadisəsi, vahid pəncərə və istifadəçi mərkəzli yanaşma əsasında end-to-end dizaynının metodoloji və strateji səviyyədə idarə edilməsi;
Dövlət xidmətlərinin As-Is və To-Be proses modellərinin yalnız operativ deyil, proses arxitekturası və xidmət portfeli səviyyəsində inteqrasiyalı şəkildə qurulması və uyğunluğunun təmin edilməsi;
Xidmətlərin optimallaşdırılması, sadələşdirilməsi, avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə strateji təşəbbüslərin hazırlanması, prioritetləşdirilməsi və qərarvermə səviyyəsində əsaslandırılması;
BPMN 2.0, Service Blueprint, CJM, Value Stream Mapping və digər beynəlxalq modelləşdirmə metodologiyalarının tətbiqi üzrə metodoloji standartların müəyyən edilməsi və tətbiqinə nəzarət edilməsi;
Dövlət xidmətlərinin göstərilməsində iştirak edən informasiya sistemləri, reyestrlər, API inteqrasiyaları, məlumat axınları və orkestrasiya məntiqinin yüksək səviyyədə təhlil edilməsi;
Rəqəmsal transformasiya təşəbbüsləri çərçivəsində dövlət qurumları, platforma komandaları, texniki bölmələr və digər maraqlı tərəflər arasında dizayn səviyyəli koordinasiyanın strateji şəkildə təşkili;
Xidmət dizaynı artefaktlarının (Service Blueprint, As-Is/To-Be, Use Case, User Story, Business Rules, Service Catalogue və s.) vahid standartlara uyğun hazırlanmasına metodoloji rəhbərlik və keyfiyyətə nəzarət;
Rəqəmsal xidmətlərin performans göstəricilərinin (SLA, KPI, drop-off, istifadəçi məmnuniyyəti və s.) təhlili əsasında xidmətlərin davamlı təkmilləşdirilməsi mexanizmlərinin qurulması;
BRD, FRD, SRS, Service Design Document (SDD) və digər normativ-texniki sənədlərin hazırlanması prosesinin metodoloji idarə edilməsi və ekspert səviyyəsində hazırlanması;
Rəhbərliyin tapşırıqlarına uyğun olaraq analitik araşdırmaların aparılması, nəticələrin ümumiləşdirilməsi və təqdim edilməsi;
Komanda üzvlərinə metodoloji dəstəyin göstərilməsi, bilik ötürülməsi və analitik yanaşmaların standartlaşdırılması.
Tələblər
Ali təhsil (İnformasiya Texnologiyaları, Biznes Analitika, Sistem Analizi və ya əlaqəli sahələr üzrə üstünlükdür);
Vəzifə üzrə minimum 5+ il iş təcrübəsi (xüsusilə dövlət xidmətləri, rəqəmsal transformasiya və ya iri miqyaslı İT layihələrdə);
Xidmət dizaynı, proses arxitekturası və biznes analitika sahəsində dərin biliklər;
Dövlət xidmətlərinin rəqəmsallaşdırılması kontekstində As-Is / To-Be modelləri, Service Blueprint, Customer Journey Map və Life Event əsaslı dizayn üzrə praktiki təcrübə;
BPMN 2.0, UML, proses modelləşdirmə, xidmət xəritələnməsi və sistem analiz alətləri üzrə yüksək səviyyəli bilik və tətbiq təcrübəsi;
Kompleks və çoxqurumlu xidmətlərin (end-to-end) dizaynı üzrə təcrübə;
Texniki biliklər: sistem arxitekturası və mikroxidmət yanaşması barədə anlayış, API və inteqrasiya prinsipləri, məlumat modelləri və reyestr əsaslı yanaşma, istifadəçi mərkəzli dizayn prinsipləri;
Rəqəmsal hökumət, xidmət portfeli idarəetməsi və metodoloji sənədlərin (BRD, FRD, SRS, ToR və s.) hazırlanması və yoxlanılması üzrə geniş təcrübə;
Strateji və sistemli düşünmə, mürəkkəb problemləri arxitektura səviyyəsində strukturlaşdırmaq və həll etmək bacarığı;
Maraqlı tərəflərlə (nazirliklər, dövlət qurumları, texniki komandalar, vendorlar) yüksək səviyyədə kommunikasiya və fasilitasiya bacarıqları;
Jira, Confluence, Figma, BPMN modelləşdirmə alətləri (Bizagi, Camunda Modeler və s.) və analitik alətlərlə peşəkar səviyyədə işləmək bacarığı;
Azərbaycan dili – əla, İngilis dili – yüksək səviyyədə (metodoloji və texniki sənədlərlə işləmək və təqdimat etmək qabiliyyəti).
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9829
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200