Ana Səhifə
Vakansiyalar

Dövlət xidmətlərinin dizaynı və təkmilləşdirilməsi üzrə Aparıcı Mütəxəssis/Aparıcı Biznes analitik

Dövlət xidmətlərinin dizaynı və təkmilləşdirilməsi üzrə Aparıcı Mütəxəssis/Aparıcı Biznes analitik

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 dekabr 2025

Son Tarix: 3 fevral 2026

Təsvir

Təsvir

  • Dövlət xidmətlərinin mövcud (As-Is) proseslərinin kompleks təhlili, sənədləşdirilməsi və proses arxitekturası səviyyəsində strukturlaşdırılması;

  • Xidmət proseslərinin optimallaşdırılması, rəqəmsallaşdırılması və re-dizaynı üzrə strateji təkliflərin formalaşdırılması və prioritetləşdirilməsi;

  • Xidmətlərin BPMN 2.0, habelə zəruri hallarda UML və digər modelləşdirmə standartlarına uyğun To-Be proses modellərinin hazırlanması;

  • Müvafiq dövlət xidmətlərinin göstərilməsində istifadə olunan informasiya sistemlərinin, inteqrasiya mexanizmlərinin və məlumat axınlarının yüksək səviyyədə təhlil edilməsi;

  • Proseslər üzrə avtomatlaşdırma, optimallaşdırma və rəqəmsal transformasiya imkanlarının müəyyənləşdirilməsi və əsaslandırılması;

  • Rəqəmsallaşma təşəbbüslərinin icrası zamanı digər dövlət qurumları, texniki komandalar və maraqlı tərəflər arasında koordinasiyanın təşkili və idarə edilməsi;

  • Texniki və analitik məlumatların rəhbərlik və qeyri-texniki maraqlı tərəflər üçün aydın, strukturlaşdırılmış və qərarverməni dəstəkləyən formatda təqdim edilməsi;

  • Müxtəlif xidmətlər üzrə funksional tələblərin, istifadəçi ssenarilərinin (Use Case, User Story) və biznes qaydalarının hazırlanmasına metodoloji rəhbərlik edilməsi;

  • BRD, FRD, SRS və digər normativ-texniki sənədlərin hazırlanması prosesinə nəzarət və keyfiyyət təminatı;

  • Rəhbərliyin tapşırıqlarına uyğun olaraq analitik araşdırmaların aparılması, nəticələrin ümumiləşdirilməsi və təqdim edilməsi;

  • Komanda üzvlərinə metodoloji dəstəyin göstərilməsi, bilik ötürülməsi və analitik yanaşmaların standartlaşdırılması.

Tələblər

Tələblər

  • Ali təhsil;

  • Vəzifə üzrə 3-4 il iş təcrübəsi;

  • Yüksək səviyyədə analitik və tənqidi düşüncə, mürəkkəb problemlərin strukturlaşdırılmış şəkildə həlli bacarığı;

  • Biznes analitika və proses modelləşdirmə sahəsində dərin təcrübə (BPMN 2.0, UML, proses xəritələri, user flow-lar);

  • Dövlət xidmətlərinin rəqəmsal transformasiyası çərçivəsində As-Is / To-Be modellərinin, xidmət xəritələrinin və istifadəçi axınlarının hazırlanması;

  • BRD, FRD, SRS və analoji texniki-analitik sənədlərin hazırlanması;

  • Texniki biliklər: proqram təminatı arxitekturası anlayışları, verilənlər bazası strukturları, API dizaynı və inteqrasiya prinsipləri, UI/UX əsasları və istifadəçi mərkəzli dizayn yanaşmaları;

  • Jira, Confluence, Figma və ya analoji alətlərlə yüksək səviyyədə işləmək bacarığı;

  • Azərbaycan dili – əla, İngilis dili – yaxşı səviyyədə (texniki sənədlərlə işləmək qabiliyyəti).

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3732

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya