Dispetçer (Şəki)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 6 mart 2026
Təsvir
Növbəyə başlayarkən alətlərin və inventarların saz vəziyyətdə olmasını yoxlayaraq onları təhvil-təslim etmək;
Sahənin məntəqə və briqadaları üzrə gündəlik görülmüş işlər barədə məlumatın əldə etmək və bu məlumatların rəhbərliyə təqdim olunması məqsədilə stansiya növbətçiləri və yol ustaları ilə telefon əlaqəsi saxlamaq;
Gündəlik görülən təmir işləri haqqında məlumat toplamaq, məlumatları analiz etmək və üst struktur quruma məlumat vermək;
Yolda yaranan nasazlıqlar barədə stansiya növbətçilərindən aldığı məlumatları yol ustasına və rəhbərliyə məruzə etmək;
Nasazlıqların aradan qaldırılması müddətini nəzarətdə saxlamaq;
Məntəqələrdə və briqadalarda gündəlik görülən təmir işləri haqqında qeydlər aparmaq, rəhbərliyə və texniki istehsalat bölməsinə məlumat vermək;
İş yerində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
Tələblər
Təhsil səviyyəsi: Orta ixtisas (müvafiq sahə üzrə) ;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dəmir yollarının texniki istismar Qaydaları;
Azərbaycan dəmir yollarının işarəvermə Təlimatı;
Ümumi yanğın təhlükəsizliyi qaydalarına dair biliklər;
Yol təsərrüfatı üzrə görülən təmir işləri və istifadə edilən materiallara dair biliklər;
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9912
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+