Dispatch üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
Uçuşdan əvvəl uçuş planlarının və uçuş brifinqlərinin hazırlanması;
Hava limanı və hava məkanı qaydalarına riayət olunmasını təmin etmək məqsədilə hava gəmilərinin uçuş cədvəlinin idarə edilməsi;
Pilotlar və yerüstü xidmətlər arasında koordinasiyanın təmin edilməsi;
Təyyarənin uçuşuna icazə verilməsi üçün dispatch buraxılış sənədlərinin imzalanması;
Həm gediş, həm də təyinat hava limanlarında hava şəraitinin monitorinqi və mümkün risklərin qiymətləndirilməsi;
Uçuşun təhlükəsiz həyata keçirilməsi üçün zəruri məlumatları əhatə edən uçuş planlarının hazırlanması;
Təyyarənin çəkisinin və yanacaq yüklərinin yoxlanılması;
Uçuş zamanı yarana biləcək məsələlərin həlli üçün hava gəmisi kapitanı ilə operativ əlaqənin saxlanılması.
Tələblər
Ali təhsil (bakalavr dərəcəsi);
Milli Aviasiya Akademiyasının Meteorologiya və ya Hava Trafik ixtisasları üzrə məzunlara üstünlük verilir;
İş təcrübəsi tələb olunmur (təcrübəli dispetçerlərə üstünlük verilə bilər);
Azərbaycan dilini yüksək səviyyədə bilmək;
İngilis dili – minimum Intermediate səviyyə;
MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) işləmək bacarığı;
Yazılı və şifahi ünsiyyət bacarıqları;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Qərarvermə və operativ reaksiya bacarığı;
Komandada işləmək və dəyişikliklərə uyğunlaşmaq bacarığı.
İş qrafiki:
Növbəli
İş yeri:
Heydər Əliyev Beynəlxalq Hava Limanı
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12467
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+