Direktor
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 16 fevral 2026
Son Tarix: 16 mart 2026
Təsvir
AZERA Holding tərkibində fəaliyyət göstərən Klinikada Direktor vakansiyası fürsəti!
Əsas vəzifə öhdəlikləri:
Müəssisənin ümumi fəaliyyətinə rəhbərlik etmək
Büdcə və maliyyə göstəricilərinə nəzarət, mənfəətliliyin təmin edilməsi
İxtisaslı həkim heyətinin cəlb olunması və inkişafı
Tibbi, inzibati və maliyyə proseslərin koordinasiyası
Diaqnostika və müalicə proseslərinə nəzarət
Struktur bölmələr üzrə yoxlamaların aparılması
Aşkar olunan nöqsanların aradan qaldırılması
Kadrların seçilməsi və yerləşdirilməsi
Daxili intizam və əmək mühafizəsinə nəzarət
Digər səhiyyə qurumları ilə əməkdaşlığın qurulması
İllik hesabat və maliyyə balansının təsdiqi
Tələblər
Ali təhsil (idarəetmə üzrə təhsil üstünlükdür)
Səhiyyə menecmenti və ya tibbin təşkili üzrə əlavə kurslar arzuolunandır
Minimum 5 il səhiyyə sahəsində təcrübə (rəhbər vəzifədə təcrübə mütləqdir)
Azərbaycan dili – əla, rus və ya ingilis dili – üstünlükdür
MS Office və tibbi informasiya sistemləri üzrə biliklər
Güclü liderlik, analitik düşüncə və qərarvermə bacarığı
Yaş: 30+ (arzuolunandır)
Cins: Fərq etmir
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək
Səhiyyə sahəsində strateji idarəetmədə yeni mərhələyə keçmək istəyirsinizsə, müraciət üçün CV-nizi “Direktor” mövzusu, şirkətin adı qeyd olunmaqla qeyd olunan elektron poçt ünvanına göndərin və komandamızın bir parçası olun!
Necə Müraciət Etmək Olar
Azera Holding
Finance
Azera Holding Azərbaycanda fəaliyyət göstərən, özəl sektorda 20 ilə yaxın təcrübəyə malik şirkətlər qrupudur. Holdinq fəaliyyətində innovativ yanaşmaları önə çəkir və yerli brendlərin həm ölkədaxili inkişafına, həm də MDB və Avropa bazarlarında tanınmasına töhfə verməyi hədəfləyir. Holdinqin tərkibinə müxtəlif sahələri əhatə edən 30-a yaxın şirkət daxildir. Bu istiqamətlərə səhiyyə, kənd təsərrüfatı, iaşə xidmətləri, kosmetologiya, qida və təhlükəsizlik sahələri daxildir. Azera Holding eyni zamanda yeni iş yerlərinin yaradılması və yerli kadr potensialının gücləndirilməsi kimi mövzulara fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8824
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor
Şirkət Ölçüsü
1000+