Digital Marketing Manager
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 18 iyun 2026
Təsvir
Biz məhsullarımızın onlayn kanallar vasitəsilə tanıdılması, reklam kampaniyalarının idarə edilməsi, veb-sayt trafikinin artırılması və SEO nəticələrinin yaxşılaşdırılması üçün Digital Marketing Manager axtarırıq.
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza
İş qrafiki: Tam iş günü
Əsas vəzifələr
Google Ads, Meta Ads və digər rəqəmsal reklam kampaniyalarının hazırlanması və idarə edilməsi
Şirkət məhsullarının onlayn platformalarda tanıdılması və satışa dəstək kampaniyalarının həyata keçirilməsi
Veb-saytın SEO göstəricilərinin yaxşılaşdırılması və axtarış sistemlərində görünürlüğün artırılması
Sosial media kanalları üçün kontent planının hazırlanmasında iştirak
Reklam büdcəsinin effektiv idarə edilməsi və nəticələrin analiz edilməsi
Veb-sayt trafikinin, konversiyaların və kampaniya nəticələrinin izlənməsi
Google Analytics, Search Console və digər analitika alətləri ilə hesabatların hazırlanması
Rəqiblərin rəqəmsal marketinq fəaliyyətlərinin izlənməsi və təhlili
Marketinq meneceri və satış komandası ilə birlikdə məhsul tanıtım strategiyalarının hazırlanması
E-commerce və onlayn satış kanallarının inkişafına dəstək verilməsi
Tələblər
Tələb olunan bilik və bacarıqlar
Digital marketing sahəsində minimum 3 il iş təcrübəsi
Google Ads, Meta Ads və SEO üzrə praktiki biliklər
Google Analytics və Google Search Console ilə işləmə bacarığı
Sosial media reklamları və hədəfləmə prinsiplərini bilmək
Veb-sayt trafikini və reklam nəticələrini analiz etmək bacarığı
Kontent, açar sözlər və SEO optimizasiya üzrə anlayış
Kreativ düşüncə və nəticəyönümlü yanaşma
Büdcə planlaşdırılması və reklam xərclərinin effektiv idarə edilməsi bacarığı
Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; ingilis dili üstünlükdür
Komanda ilə işləmək və müxtəlif şöbələrlə koordinasiya bacarığı
Üstünlük veriləcək bacarıqlar
E-commerce layihələrində iş təcrübəsi
Email marketing, remarketing və CRM kampaniyaları üzrə biliklər
Google və TikTok, Instagram və digər sosial media platformalarında reklam təcrübəsi
Canva, Photoshop və ya digər dizayn alətləri ilə ilkin işləmə bacarığı
Biz təklif edirik
Stabil və inkişaf edən şirkətdə iş imkanı
Peşəkar komanda ilə əməkdaşlıq
Rəqəmsal marketinq sahəsində inkişaf imkanı
Müraciət üçün CV-nizi qeyd olunan elektron poçt ünvanına göndərin. Email mövzusunda qeyd edin: Digital Marketing Manager.
Necə Müraciət Etmək Olar
Caspian Textile MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16841
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer