Debitor Borclar üzrə Mühasib
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 2 aprel 2026
Təsvir
Haqqımızda:
Biz qürurla innovativ tüstüsüz məhsulların aparıcı təchizatçısı olan Philip Morris International-ın distribyutoru kimi xidmət edirik. Davamlılığa, keyfiyyətə və istehlakçı məmnunluğuna diqqət yetirərək, biz Azərbaycan bazarına ən müasir tüstüsüz həllər təqdim edirik.
İşin təsviri:
Debitor Borclar üzrə Mühasib şirkətə olan borcların düzgün uçotunu aparır, ödənişlərin vaxtında daxil olmasına nəzarət edir və debitor borcların idarə olunmasını təmin edir.
Vəzifə öhdəlikləri:
Debitor borclarının (avans və aylıq ödənişlər üzrə) uçotu, izlənməsi və analizi;
Müştərilərdən daxil olan pul vəsaitlərinin düzgün şəkildə 1C proqramında uçotunun aparılması;
Müştərilərlə ödənişlərlə bağlı koordinasiyanın həyata keçirilməsi, borcların yığılması;
Satışla bağlı ilkin uçot sənədlərinin və müqavilələrin yoxlanılması;
Hesab-fakturaların və elektron qaimə-fakturaların tərtibi və göndərilməsi;
Pul vəsaitlərinin daxilolma prosedurlarına nəzarət (o cümlədən internet banking üzərindən əməliyyatların yoxlanılması);
1C və Excel proqramlarında gündəlik əməliyyatların daxil edilməsi və izlənməsi;
Gündəlik və aylıq daxili hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Rəhbərlik tərəfindən verilmiş digər mühasibatlıq yönümlü tapşırıqların icrası.
Tələblər
Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
1C 8.3 və MS Excel proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
Analitik düşünmə, operativlik və dəqiqlik;
Komandada işləmə və müştəri yönümlü yanaşma;
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (rus və ingilis dili biliyi üstünlükdür);
ACCA F3 sertifikatına sahib olmaq üstünlükdür.
CV-nizi mövzu hissəsində “Debitor Borclar üzrə Mühasib” qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Prime Light
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10340
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə