Daxili Tamamlama İşləri üzrə Supervayzer
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 14 fevral 2026
Təsvir
Təsdiqlənmiş çertyojlar, spesifikasiyalar və iş planlarına uyğun olaraq sahədə gündəlik fit-out işlərinə nəzarət etmək və onları əlaqələndirmək.
Fit-out işlərinin təsdiqlənmiş dizayna, keyfiyyət standartlarına və layihə qrafikinə uyğun icra olunmasını təmin etmək.
İşlərin düzgün ardıcıllıqla aparılması və interfeyslərin problemsiz olması üçün fit-out fəaliyyətlərini MEP, inşaat və digər komandalar ilə koordinasiya etmək.
Subpodratçılara və işçi qruplarına nəzarət etmək, məhsuldarlığı, işin keyfiyyətini və verilmiş təlimatlara uyğunluğu təmin etmək.
Ölçülər, səviyyələr, bitirmə işləri və ya icra oluna bilmə ilə bağlı sahə problemlərini müəyyən edərək fit-out mühəndisinə məlumat vermək.
Materialların düzgün istifadəsini, daşınmasını və saxlanmasını izləmək, zədələnmənin və israfın qarşısını almaq.
Fit-out işlərinin SƏTƏM (HSE) tələblərinə və sahə üzrə təhlükəsizlik qaydalarına uyğun olmasını təmin etmək.
Fit-out işləri zamanı və sonrasında yoxlamalara, qüsurların (snag) aradan qaldırılmasına və düzəliş işlərinə dəstək vermək.
Fit-out işləri ilə bağlı işçi sayı, icra vəziyyəti və sahə fəaliyyətləri üzrə gündəlik qeydlər aparmaq.
Tələblər
TƏLƏB OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR
Təhsil:
Əlaqəli sahədə texniki təhsil üstünlük təşkil edir.
Xüsusi ixtisas sahələri:
Fit-out işlərinə nəzarət, sahədə koordinasiya və keyfiyyətə nəzarət.
İş təcrübəsi:
Tikinti layihələrində fit-out işləri üzrə 5–8 il təcrübə, sahədə birbaşa nəzarət təcrübəsi üstünlükdür.
Dil və kompüter proqramları üzrə biliklər (Microsoft Office):
Tikinti və fit-out çertyojlarını oxuya bilmə bacarığı
Azərbaycan dilində sərbəst danışıq; İngilis dili üstünlükdür
XÜSUSİ TƏLƏBLƏR:
Daxili və fit-out tikinti metodlarını yaxşı bilmək
Birdən çox iş növü və fəaliyyəti eyni anda koordinasiya edə bilmə
Təfərrüatlara diqqət və yüksək keyfiyyət standartlarına riayət
Sahə şəraitində işləyə bilmə və vaxtında işləri tamamlayabilmə
Yaxşı ünsiyyət və komanda işinə uyğunluq bacarıqları
Necə Müraciət Etmək Olar
Pasha Real Estate
Other
PAŞA Real Estate Azərbaycanda lüks daşınmaz əmlak bazarında aparıcı qrup olaraq yüksək səviyyəli yaşayış, pərakəndə və kommersiya obyektləri təklif edir. Şirkət innovativ layihələr ilə şəhər həyatında keyfiyyət və dayanıqlıq standartlarını yenidən müəyyən edir və sakinlərin rahatlığını təmin edən dünya səviyyəli imkanlarla fərqlənir. Məqsədi yalnız daşınmaz əmlak satış və icarəsi deyil, həm də cəmiyyətlərin formalaşmasına töhfə verməkdir. PAŞA Real Estate Group PASHA Holding-in törəmə şirkəti kimi fəaliyyət göstərir və Port Baku Residence, Crescent Bay, Crescent Residences kimi prestijli layihələrə sahibdir. Qrup həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqroda da aktiv olaraq regional səviyyədə inkişaf edir və müştərilərə investisiya və yaşayış üçün etibarlı daşınmaz əmlak həlləri təqdim edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#5007
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+