Ana Səhifə
Vakansiyalar

Daxili nəzarət üzrə baş/aparıcı mütəxəssis

Daxili nəzarət üzrə baş/aparıcı mütəxəssis

Manufacturing

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 yanvar 2026

Son Tarix: 7 mart 2026

Təsvir

  • Şirkətin əsas daxili nəzarət mexanizmlərini yoxlamaq və sınaqdan keçirmək;

  • Proses və əməliyyatlarda mövcud nəzarət çatışmazlıqlarını müəyyənləşdirmək və nəzarət mexanizmlərinin gücləndirilməsi üçün tövsiyələr hazırlamaq;

  • Nəzarət pozuntuları ilə bağlı hədəfli daxili araşdırmalar aparmaq;

  • Daxili qayda və siyasətlərin pozuntularının səbəblərini araşdırmaq;

  • Şübhəli hallarla bağlı rəhbərliyə məlumat vermək, müvafiq bölmələrin fəaliyyətini yoxlamaq, zəruri hallarda təhqiqatlar aparmaq və hesabat hazırlamaq;

  • Mənimsəmə, saxtakarlıq və korrupsiya risklərinin azaldılması üçün tədbirlərin həyata keçirilməsi və aidiyyəti biznes vahidləri qarşısında tövsiyələr vermək;

  • Daxili audit tapıntılarının izlənməsini təmin etmək;

  • Dövri sayımlar və təftişlərin aparılmasında iştirak etmək;

  • Birbaşa rəhbərin digər şifahi və yazılı tapşırıqlarını icra etmək.

Tələblər

  • İqtisadiyyat, Maliyyə və ya Hüquq üzrə ali təhsil;

  • Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət sahəsində 1-3 il iş təcrübəsi;

  • Sahə üzrə arzu olunan sertifikatlar (CIA, CFE, ACCA və s.);

  • Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən fəal dinləmə, tapıntıların təkliflərin təqdim edilməsi bacarığı;

  • Rus və ingilis dilləri arzu olunandır.;

  • Microsoft Office və digər proqramlar;

  • Biznes proseslərin təşkili və strukturu üzrə biliklər;

  • Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş nəzəri və praktiki biliklər;

  • Komanda yoldaşları və digər işçi heyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;

  • Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;

  • Ölkədaxili ezamiyyət etmək imkanı;

Necə Müraciət Etmək Olar

Prime Cotton

Prime Cotton

Manufacturing

Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#6338

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Məlumatların təhlili üzrə mütəxəssis (Data scientist)

Tam Ştat

Böyük həcmli məlumatları toplamaq, təhlil etmək və interpretasiya etmək; Statistik modellər və maşın öyrənməsi alqoritmləri inkişaf etdirmək və tətbiq etmək; Məlumatların təmizlənməsi, öncədən emal və vizuallaşdırma üçün alətlər və metodlar tətbiq etmək; Biznes tələblərini anlayaraq, məlumat əsaslı qərarlar qəbul etmək üçün modellər yaratmaq; Biznes tələblərini anlamaq, onları analitik tələblərə çevirmək və tədbir görülə biləcək nəticələr təqdim etmək üçün maraqlı tərəflərlə əməkdaşlıq etmək; Optimizasiya üçün imkanları müəyyənləşdirmək məqsədilə məlumat analizləri aparmaq; Məlumat əsaslı proqnozlar və təkliflər vermək üçün analitik hesabatlar hazırlamaq; Məlumat üzərində təhlillər aparmaq və nəticələri müvafiq tərəflərə təqdim etmək; Müxtəlif komandalara data-dan effektiv istifadə və data-əsaslı qərarlar qəbul etməkdə kömək etmək; Şirkətin məlumat infrastrukturunu optimallaşdırmaq üçün müvafiq komandalarda iş birliyi aparmaq; Tapıntıları və tövsiyələri texniki olmayan maraqlı tərəflərə aydın və qısa təqdimatlar və hesabatlar vasitəsilə çatdırmaq; Məlumat toplama üsullarını yaratmaq və təkmilləşdirmək; Yeni məlumat mənbələri və texnologiyaları araşdırmaq və tətbiq etmək. Əlavə məlumat: Əmək haqqı razılaşma əsasında; Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur; İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30); İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.

Keyfiyyətin Təminatı və Keyfiyyətə Nəzarət üzrə regional mütəxəssis (Bərdə/İmişli)

Tam Ştat

Region üzrə filiallarda xam pambığın və emal məhsullarının keyfiyyətinə nəzarət və keyfiyyət təminatının həyata keçirilməsi. Xam pambığın təsnifat qaydalarının öyrənilməsi, tətbiqi və filiallar üzrə düzgün icrasına nəzarət etmək. Xam pambığın tədarükü, qəbul olunması, saxlanması və emal proseslərinin region üzrə keyfiyyət standartlarına uyğunluğunu təmin etmək. Filiallara daxil olan xam pambığın və digər ehtiyatların keyfiyyətini yoxlamaq və standart/texniki şərtlərə uyğunluğunu qiymətləndirən rəylər hazırlamaq. İstehsalat və emal prosesinin bütün mərhələlərində, anbarlarda və filiallarda məhsulların düzgün saxlanmasına nəzarəti təşkil etmək. Keyfiyyətin təminatı və nəzarət sistemlərinin region üzrə tətbiqi, nəzarət əməliyyatlarının avtomatlaşdırılması və təkmilləşdirilməsi üçün tədbirlər hazırlamaq. Keyfiyyətsiz xam pambıq və məhsulların uçotunu aparmaq, səbəblərini təhlil etmək və məsul şəxslərin uçotunun region üzrə aparılması. Qüsurlu xam pambığın düzəldilməsi və ya əvəzlənməsi üçün filiallara tövsiyə və təlimatlar vermək. Region üzrə ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və monitorinqini təmin etmək. Keyfiyyətə nəzarət prosedurlarının region üzrə vahid standartlara uyğun tətbiqini təmin etmək. Region üzrə filiallardan alınan məlumatlara əsaslanaraq mütəmadi hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək. Filiallar səviyyəsində keyfiyyət komandalarının təlimini və inkişafını təşkil etmək, ən yaxşı təcrübələrin region üzrə paylaşılmasını təmin etmək.