Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Audit

Daxili audit üzrə mütəxəssis

Daxili audit üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 fevral 2026

Son Tarix: 19 mart 2026

Təsvir

  • İllik audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;

  • Kreditləşmə, kassa, əməliyyat və digər biznes proseslərinin daxili qayda və prosedurlara, həmçinin normativ tələblərə uyğun icra olunmasının qiymətləndirilməsi;

  • Kredit portfelinin analiz edilməsi, daxili nəzarət nöqsanları barədə rəhbərliyə hesabat verilməsi və risklərin azaldılması üçün tövsiyələrin təqdim edilməsi;

  • Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi və daxili audit hesabatının hazırlanması;

  • Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinqinin aparılması;

  • Daxili audit prosedurları ilə bağlı digər tapşırıqların icra edilməsi.

İş şəraiti:

  • İş günləri: I-V günlər;

  • İş saatı: 09:00-18:00.

Tələblər

  • Ali təhsil;

  • Minimum 2 il bank sahəsində iş təcrübəsi;

  • “Bank olmayan kredit təşkilatları haqqında” qanunvericilik üzrə biliklər;

  • Beynəlxalq Daxili Audit Standartları (IIA) üzrə biliklər;

  • ACCA, CIA və s. beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür;

  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı (Word, Excel, Outlook);

  • Məlumatların emalı və strukturlaşdırılması bacarığı;

  • Azərbaycan və rus dillərini səlis bilmək, ingilis dili biliyi üstünlükdür;

  • Analitik düşünmə və problemlərin idarə edilməsi bacarığı;

  • Fırıldaqçılıq hallarının aşkar edilməsi bacarığı;

  • Şifahi və yazılı ünsiyyət bacarığı;

  • Vaxtın səmərəli idarə edilməsi bacarığı;

  • Müstəqil və komanda daxilində effektiv işləmə bacarığı;

  • Obyektiv düşünmə bacarığı.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9076

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya