Ana Səhifə
Vakansiyalar
İnformasiya Texnologiyaları (İT)
İT mütəxəssisi / məsləhətçi (support, helpdesk və s.)

Data analitika üzrə aparıcı mütəxəssisi / Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi

Data analitika üzrə aparıcı mütəxəssisi / Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 3 iyun 2026

Təsvir

  • Biznes ehtiyaclarına əsaslanaraq Omnichannel məhsulu üzrə hansı dataların tələb olunduğunu müəyyən etmək;

  • Biznes qərarları üçün istifadə olunacaq əsas data elementlərini və göstəriciləri formalaşdırmaq;

  • Tələb olunan dataların hansı sistemlərdə mövcud olduğunu və hansı mənbələrdən əldə ediləcəyini müəyyən etmək;

  • Müxtəlif sistemlərdən gələn dataların birləşdirilməsi üçün ümumi data məntiqini qurmaq;

  • Sistemlər arasında data inteqrasiyasının düzgün və ardıcıl işləməsinə nəzarət etmək;

  • Toplanan dataların strukturlaşdırılmış, oxunaqlı və istifadə üçün yararlı olmasını təmin etmək;

  • Dataların təmizlənməsi, səhvlərin və uyğunsuzluqların aradan qaldırılması proseslərinə nəzarət etmək;

  • Eyni müştəriyə aid dataların bütün sistemlərdə unikal və eyni identifikasiya ilə tanınmasını təmin etmək;

  • Müştəri datalarının təkrarlanmasının, qarışmasının və uyğunsuzluğunun qarşısını almaq üçün qaydalar müəyyən etmək;

  • Bütün kanallar üzrə müştəri datalarının eyni və ardıcıl olmasını təmin etmək;

  • Data keyfiyyəti, tamlığı və etibarlılığı ilə bağlı riskləri vaxtında aşkar etmək və həll təklifləri vermək;

  • Omnichannel məhsulu üzrə əsas data strukturlarının və data modellərinin formalaşdırılmasında iştirak etmək;

  • Məhsul, biznes və idarəetmə komandaları üçün etibarlı və düzgün data təmin olunmasına cavabdeh olmaq;

  • Data governance prinsiplərinin Omnichannel məhsulu üzrə tətbiqinə nəzarət etmək;

  • Dataya əsaslanan qərarların verilməsi üçün etibarlı data bazasının formalaşdırılmasına töhfə vermək;

  • Omnichannel məhsulu üzrə data idarəetmə yanaşmasının davamlı və dayanıqlı şəkildə qurulmasını təmin etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali

  • Data analitik vəzifəsində minimum 3 il iş təcrübəsi;

  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;

  • Təqdimat bacarıqlar

  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;

  • Danışıqların aparılması bacarığı;

  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;

  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;

  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək).

Texniki bacarıqlar :

Data inteqrasiyası və data platformaları:

  • Data warehouse və data lake platformaları (Snowflake, BigQuery, Azure Data Lake, AWS Redshift və ya oxşar);

  • ETL / ELT alətləri (Talend, Informatica, Fivetran, Airflow və ya oxşar);

  • Müştəri data platformaları və əsas sistemlər

  • CRM sistemləri (Salesforce, Microsoft Dynamics, SAP CRM və ya oxşar);

  • CDP sistemləri (Tealium, Adobe Experience Platform, Segment və ya oxşar).

Data keyfiyyəti və data governance:

  • Data keyfiyyəti və uyğunluq alətləri (Great Expectations, Collibra, Alation və ya oxşar);

  • Master Data Management (MDM) anlayışı və alətləri;

Sistemlər və inteqrasiya

  • API və sistemlərarası inteqrasiya anlayışı (REST, JSON –kod yazmadan);

  • Identity və müştəri identifikasiyası məntiqi (ID matching, deduplication, SSO anlayışı);

Analitik və yoxlama alətləri

  • Microsoft Excel

  • SQL

Sənədləşmə və koordinasiya

  • Jira

  • Confluence

Necə Müraciət Etmək Olar

Azerbaijan Airlines

Azerbaijan Airlines

Other

Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17655

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya