Tibb xidmətinin təşkili şöbəsi, Psixoloq
Yarım Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 3 iyun 2026
Təsvir
Uçuş heyətinin vəzifəyə başlamazdan və uçuş təlimlərindən əvvəl psixoloji xüsusiyyətlərinin və uçuş mühitinə uyğunluğunun qiymətləndirilməsi;
Uçuş heyəti və növbə uyğunlaşdırılması prosesində rəhbərliyə dəstək göstərilməsi, heyət üzvləri və HHİ dispetçerlərinin psixoloji uyğunluğunun müəyyən edilməsi;
İşə namizədlərin və əməkdaşların psixoloji qiymətləndirilməsinin həyata keçirilməsi;
Aviasiya sahəsinə aid xüsusi psixoloji mövzular üzrə maarifləndirmə proqramlarının hazırlanması və həyata keçirilməsi;
Peşə etikası və iş mühiti ilə bağlı psixoloji halların təhlil edilməsi, təklif və tövsiyələrin verilməsi;
Stressin idarə olunması və psixi sağlamlığın qorunması üzrə təlimlərin keçirilməsi;
Psixoloji müayinə və konsultasiyaların qanunvericiliyə və daxili qaydalara uyğun aparılması, sənədləşmənin vaxtında və düzgün şəkildə təmin edilməsi
Tələblər
Ali təhsil (magistr dərəcəsi üstünlükdür);
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərində sərbəst ünsiyyət bacarığı;
Kompüter bacarıqları: MS Word, MS Excel;
Ünsiyyət bacarıqları;
Danışıqların aparılması bacarığı;
Qərarvermə bacarığı;
Dəyişikliklərə uyğunlaşma bacarığı;
Komandada işləmə bacarığı.
İş qrafiki: yarımştat;
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17658
İş Növü
Yarım Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+