Ana Səhifə
Vakansiyalar

Core Bank və Ödəniş sistemləri üzrə mütəxəssis

Core Bank və Ödəniş sistemləri üzrə mütəxəssis

Finance

Bakı,, Azərbaycan

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 23 may 2026

Təsvir

  • Bankın əsas bank və ödəniş sistemləri üzrə 2-ci səviyyəli texniki dəstəyin göstərilməsi.

  • Əsas bank sistemləri, ölkə daxili ödəniş sistemləri eləcə də beynəlxalq ödəniş sistemlərinə dəstək.

  • Əsas bank sistemlərinin etibarlığını, davamlı işləməsini və istifadəyə yararlığını təmin etmək.

  • Xüsusi əhəmiyyətli informasiya aktivlərinin tamlığını, istifadəyə yararlığını təmin etmək.

  • Bankın struktur bölmələrindən daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsi mümkün həlli yollarının tapılması və problemlərin aradan qaldırılmasını təmin etmək.

  • Əsas maliyyə axınlarının idarə olunduğu sistemlər üçün DR (Disaster Recovery) və BCP (Business Continuity Plan) ssenarilərinin təşkil edilməsi.

  • Tənzimləyici orqanlar və xarici sistemlərlə uyğunluq üzrə siyasət və proseslərin icrası.

  • Sınaq keçirilən test serverlərinin saz vəziyyətdə olmasına və idarə edilməsinə dəstək olmaq.

  • Hazırlanma və analiz prosesini tezləşdirmək üçün proqramçılara və analitiklərə köməklik göstərmək.

  • Gündəlik ödəniş axınlarında yaranan texniki insident və problemlərin operativ həlli.

  • Əməliyyat sistemi ilə əlaqəli inzibatı tapşırıqları yerinə yetirmək.

  • Dəstək üzrə mütəxəssislərin bacarıqlarını təkmilləşdirmək, onlar arasında tapşırıqları bölüşdürmək.

Tələblər

  • Təhsil: Kompüter elmi və ya digər müvafiq texniki sahə üzrə Bakalavr təhsili.

  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi.

  • Lisenziya/ Sertifikat: SQL, PL/SQL, Linux.

  • Xarici dillər: İngilis dili (yaxşı), Rus dili (orta).

  • Kompüter bilikləri: PL/SQL, SQL, Linux.

  • Məhsul üzrə biliklər: Bank məhsulları və əməliyyatları haqqında biliklərin olması.

  • Bazar üzrə biliklər: Bank prosesləri, bank tənzimləyicisi, bank məhsulları.

  • Başqa tələblər: Komandada və çoxlu tapşırıqlarla işləyə bilmək. Yüksək analitik bacarıqlar.

Necə Müraciət Etmək Olar

PASHA Bank

PASHA Bank

Finance

PASHA Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı korporativ banklardan biridir və əsasən biznes bankçılığı, investisiya həlləri və korporativ maliyyələşmə sahəsində ixtisaslaşıb. Bank 2007-ci ildə yaradılıb və hazırda PASHA Holding tərkibində fəaliyyət göstərir. PASHA Bank iri korporativ müştərilər, kiçik və orta biznes subyektləri üçün kredit, xəzinədarlıq, ticarət maliyyəsi və digər maliyyə xidmətləri təqdim edir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. PASHA Bank rəqəmsal bankçılıq həllərinin inkişafına, beynəlxalq maliyyə standartlarının tətbiqinə və ölkədə biznes mühitinin inkişafına xüsusi önəm verir. Bank həmçinin Azərbaycanın maliyyə sektorunda iri layihələrin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv rol oynayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17186

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Təşkilati Risklərin İdarə Edilməsi üzrə Baş mütəxəssis

Tam Ştat

Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarətdə saxlanmasını işinin təşkili (İCAAP); Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və idarə edilməsi; Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, və onların yerinə yetirilməsi üçün nəzarətin qurulması; Bankdaxili səlahiyyətlərin idarə edilməsinə nəzarət edilməsində iştirak; Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/Risk mədəniyyətinin inkişaf etdirilməsi; Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi; Təşkilati riski iştahasının və hədlərinin müəyyənləşdirilməsində iştirak etdirillməsi və monitorinq edilməsi, müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılmasına nəzarət edilməsi; Risk sağlamlıq indeksinin idarə edilməsi və indeksin yüksəldilməsi üzrə zəruri işlərin görülməsinə nəzarət; Təşkilati risklərin İdarə edilməsi çərçivəsində ESG siyasətinin hazırlanması, tətbiqinin təşkili, icrasına nəzarət və bu istiqamətdə əlaqəli bütün fəaliyyətlərin koordinasiyasının həyata keçirilməsi; Dövri hesabatlığın hazırlanması; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.