Cinayət və inzibati xətalara dair aparıcı hüquşünas
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 fevral 2026
Son Tarix: 12 mart 2026
Təsvir
Dövlət orqanları, yerli özünüidarəetmə orqanları və digər qurumlar qarşısında Şirkətin təmsil olunmasını təmin etmək
Yoxlamalar zamanı Şirkətə hüquqi dəstək göstərmək və hüquqi müşayiəti həyata keçirmək
Mülki, inzibati və cinayət prosessual qanunvericiliyə uyğun olaraq təhqiqat, istintaq və məhkəmə orqanlarında Şirkətin təmsil edilməsi
Prosessual sənədlərin (iddia ərizələri, şikayətlər, vəsatətlər, etirazlar və s.) hazırlanması və təqdim edilməsi
Qanunsuz və əsassız qərarlardan Şirkətin maraqları çərçivəsində şikayətlərin verilməsi
Daxili sənədlərin hüquqi ekspertizasının aparılması və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi
Etibarnamələrin, təsis və digər hüquqi sənədlərin uçotu, saxlanılması və arxivləşdirilməsinin təşkili
Şirkətin fəaliyyətinin qanunvericiliyə uyğunluğunun və hüquqi mənafelərinin qorunmasının təmin edilməsi
Dövlət orqanları və digər tərəflərlə aparılan danışıqlarda hüquqi müşayiətin təmin edilməsi
Rəhbərliyin tapşırıqlarına uyğun olaraq hüquqi təminatla bağlı digər zəruri tədbirlərin həyata keçirilməsi
Tələblər
Təhsil: Ali
Cinayət və inzibati xətalara dair işlər üzrə minimum 3 il peşəkar iş təcrübəsi
Cinayət hüququ, cinayət prosessual hüququ, inzibati hüquq və inzibati prosessual hüquq üzrə dərin biliklər
Təhqiqat, istintaq və bütün məhkəmə instansiyalarında işlərin aparılması üzrə təcrübə
Texniki biliklər: MS Office (Yaxşı səviyyədə), Elektron məhkəmə və elektron sənəd dövriyyəsi sistemləri
Yüksək məsuliyyət və etik davranış
Analitik düşünmə və stressli situasiyalarda qərarvermə bacarığı
Məxfilik və korporativ qaydalara riayət
İş qrafiki:
5 gün, 09:00-18:00
Necə Müraciət Etmək Olar
OBA Market MMC
Retail
OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8402
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+