Çilingər

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 2 aprel 2026

Təsvir

  • İstehsalat sahəsində olan avadanlıqları vaxtında və keyfiyyətli təmir edir

  • Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən sahədəki avadanlıqların təmirini həyata keçirir

  • Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirir

  • Dəzgahların mexanizm və qovşaqlarının, iş avadanlıqlarının təmirini həyata keçirir

  • İşçi alətlərin , köməkçi vasitələrin və s. uçotunu aparır və yenilərini hazırlamaq üçün sifarişlər verir

  • İstehsalat avadanlıqlarının nizamlanmaslnda iştirak edir

  • İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir

  • Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl edir

  • Texnoloji prosesi iş yerinin təlimatlarına uyğun olaraq idarə edir

  • Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməlidir.

  • Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirməli

  • Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirməli

  • Avadanlıqların işində qüsur olduqda,texnoloji rejim pozulduqda,iş yerində bədbəxt hadisə baş verdikdə vaxtında növbə rəisinə, sex rəisinə, onlar olmadıqda isə zavod rəhbərliyinə məlumat verməli

Tələblər

  • Təhsil: Ali təhsil və ya orta ixtisas təhsili

  • Təcrübə : Müvafiq sahə üzrə minimum 2 il rəsmi əmək təcrübəsi

  • Fikrini izah etmək qabiliyyəti

  • İşə planlı yanaşması

  • Ünsiyyət yaratmaq bacarığı

  • İş qrafiki

  • 6 günlük qrafik (şənbə günü yarım iş günü)

  • Biz nə təklif edirik

  • Qidalanma şirkət tərəfindən təmin edilir

  • Nəqliyyat şirkət tərəfin təmin edilir

  • Karyera yüksəlişi

  • Rəqabətli əmək haqqı

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11326

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya