Qrafik Dizayner
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 29 aprel 2026
Təsvir
SMM sahəsində peşəkar və kreativ postların hazırlanması;
Print və çap işlərinin (Buklet, Flayer, Broşur və poster dizaynlarının hazırlanması) hazırlanması;
Kampaniyalar, sosial media paylaşımları və digər məzmunların hərəkətli vizuala salınması;
Konsepsiyaları və ideyaları kreativ, qeyri standart və brend qaydalarını əks etdirən cəlbedici dizaynlara çevirmək;
Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərini zamanında həyata keçirmək;
Vizuallar vasitəsilə fikirləri aydın şəkildə çatdırmaq.
Tələblər
Ali təhsil;
Yaş həddi: 20-35
Dil bilikləri: İnglis dili
Qrafik dizayner vəzifəsində minimum 2 illik iş təcrübəsi;
Adobe İllustrator / Adobe Photoshop / İnDesign / After Effect / Premire Pro proqramlarında mükəmməl işləmə bacarığı;
Yüksək kommunikasiya və kreativ düşünmə bacarıqları;
Komandada və fərqli funksiyalarla birgə işləmə bacarığı.
İş şəraiti:
İş saatı: 09:00-dan 18:00-dək;
İstirahət: Şənbə və bazar günü;
İş yeri: Luxen Plaza.
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
Şəhərin mərkəzində ofis;
Bonus sistemi;
Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
Dinamik və gənc komanda ilə iş imkanı.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11333
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000