Çağrı Mərkəzi Operatoru

Bakı

Tam Ştat

Orta Səviyyə

400 AZN-dən

Yerləşdirilib 15 aprel 2026

Son Tarix: 14 may 2026

Təsvir

Karyeranıza Dəyər Qatın: Çağrı Mərkəzi Operatoru

​Biz Kimik?

  • Alman mühəndisliyi və keyfiyyətinin Azərbaycandakı təminatçısı "Aura MMC" olaraq, böyüyən komandamıza yeni bir enerji axtarışındayıq. Sizə sadəcə bir iş deyil; yüksək performansın anında mükafatlandırıldığı, uğur yönümlü və prestijli bir karyera səyahəti təklif edirik.

Vəzifə Öhdəlikləriniz Nələr Olacaq?

  • ​Sistemimizdə hazır olan potensial müştərilərimizlə əlaqə saxlamaq;

  • ​Markamızı peşəkarcasına təmsil edərək səmərəli görüşlər planlaşdırmaq;

  • ​Görüşmələrin nəticələrini və təqvimi sistem üzərindən diqqətlə izləmək;

  • ​Gündəlik iş prosesi barədə rəhbərliyə hesabat vermək.

Sizdə Nələr Axtarırıq?

  • ​"Qüsursuz nitq və yüksək ünsiyyət bacarığı: Azərbaycan dilində səlis, aydın və təsirli danışıq qabiliyyəti, həmçinin fəal dinləmə və qarşı tərəfi düzgün anlama bacarığı (Rus dili biliyi arzuolunandır)."

Yüksək Enerji:

  • Pozitivliyini və enerjisini qarşı tərəfə asanlıqla ötürə bilmək.

  • ​Hədəf Yönümlülük: Sadəcə işləməyi deyil, nailiyyət qazanmağı və yüksək gəlir əldə etməyi hədəfləmək.

Peşəkarlıq: Stressli anlarda sakit qalaraq həll yolu tapmaq və komanda ruhuna uyğunlaşmaq.

Tələblər

  • Yaş 20 yaşdan 40 yaşadək

  • İş təcrübəsi -1 ildən 3 ilə qədər

​Sizə Nələr Təklif Edirik?

  • Rahat İş Qrafiki: 11:00 – 19:00 arası (Tıxac stresindən uzaq, günün ən məhsuldar saatları).

  • Qazanclı Gəlir Modeli: Sabit əmək haqqı + Limiti olmayan Yüksək Bonus sistemi.

  • Sosial Təminat: Nahar şirkət tərəfindən təmin edilir.

  • İş Rejimi: Həftədə 6 gün iş, Bazar günləri kəsintisiz istirahət.

  • Əmək haqqı400 Azn / ayda

  • Gələcək: Davamlı təlim dəstəyi və şirkət daxilində karyera yüksəlişi fürsətləri.

Şəhər - Bakı

​Bizə Qoşulun!

Bu prestijli ailənin bir parçası olmaq və hədəflərinizi qazanca çevirmək üçün mövzu hissəsinə "Çağrı Mərkəzi Operatoru" qeyd edərək şəkilli CV-nizi qeyd olunan elektron ünvanına göndərə və ya əlaqə nömrəmizlə bizimlə əlaqə saxlaya bilərsiniz.

Necə Müraciət Etmək Olar

Aura Məişət Teknikası

Aura Məişət Teknikası

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13946

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Baş Mühasib

Tam Ştat

Şirkətimizin maliyyə, vergi və kadr sənədləşməsini yüksək məsuliyyətlə idarə edəcək, rəhbərliyə suallar deyil, həll yolları və strateji təkliflər təqdim edəcək, yüksək intizamlı Baş Mühasib axtarırıq. Vəzifə öhdəlikləri: Vergi və Hesabatlılıq: AR Vergi Məcəlləsinə uyğun olaraq bütün növ bəyannamələrin (Vergi, DSMF, Statistika, Məşğulluq) düzgün hazırlanması və vaxtında təqdim edilməsi. Maliyyə Analizi: Debitor və kreditor borclarının, gəlir-xərc balansının MS Excel proqramında mürəkkəb düsturlar və Pivot cədvəllər vasitəsilə analiz edilməsi. Hesabatlılıq: Rəhbərliyə mütəmadi maliyyə hesabatlarının təqdim edilməsi. ERP Sistemi: Şirkətin daxili ERP sisteminin qısa müddətdə mənimsənilməsi və məlumatların düzgün işlənməsinin təmin edilməsi. Sənəd Dövriyyəsi: Elektron qaimə-fakturaların hazırlanması, daxil olan sənədlərin yoxlanılması və Bank-klient (İnternet-bankçılıq) əməliyyatlarının aparılması. Kadr Uçotu: İşçilərin e-gov.az portalında qeydiyyatı və əmək müqavilələrinin hazırlanması. Əmək Haqqı: Əmək haqqı, məzuniyyət və digər hesablamaların qanunvericiliyə uyğun aparılması. Maliyyə İdarəetməsi: Şirkətin maliyyə proseslərinə nəzarət və rəsmi qurumlar qarşısında şirkətin peşəkar təmsil edilməsi. Namizədə dair tələblər: Xanım namizəd Ali iqtisadi təhsil (maliyyə, mühasibatlıq) Vergi, DSMF, Statistika və əmək qanunvericiliyi üzrə biliklər PMS (Peşəkar Mühasibat Sertifikatı) sertifikatı – mütləqdir Analitik düşüncə, məsuliyyət və idarəetmə bacarığı Mühasibat sahəsində minimum 5 il iş təcrübəsi. MS Excel proqramını peşəkar (mürəkkəb düsturlar, Pivot) səviyyədə bilmək (mütləqdir). ERP və digər proqramları sürətlə mənimsəmə bacarığı. Azərbaycan Respublikası Vergi və Əmək qanunvericiliyini mükəmməl bilmək. Müstəqil qərarvermə, proaktiv yanaşma və yüksək iş intizamı. İş şərtləri: Əmək haqqı: 1200 – 1500 AZN Net (Namizədin təcrübəsinə uyğun olaraq). İş qrafiki: 5 günlük (və ya 5 gün + Şənbə qısa gün), 09:30-18:30 Nahar: ofis daxili şirkət tərəfindən. Məkan: Bakı, Şəmsi Rəhimov Maraqlanan namizədlər CV-ləri “Baş Mühasib” başlığı göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Əlaqə +994502775592 +994124414949