Texniki Servis Üzrə Mütəxəssis
Tam Ştat
Başlanğıc Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 9 may 2026
Təsvir
Almaniyanın köklü markalarından biri olan Aura GMBH-ın Azərbaycan distribütoru “Aura Məişət Texnikası MMC” böyüyən komandası üçün Texniki Servis Üzrə Mütəxəssis axtarır.
İş şəraiti və təkliflərimiz:
Görülən iş həcminə əsaslanan qazanc sistemi (minimum qazanc həddi + əlavə bonuslar)
Rəsmi əmək müqaviləsi
Nahar şirkət tərəfindən təmin olunur
İş prosesində tam öyrədilmə (təcrübəsiz namizədlər üçün də uyğundur)
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı (Baştexnik / rəhbər vəzifələr)
Dinamik və sahədə aktiv iş mühiti
500 – 800 AZN + bonus
Vəzifə öhdəlikləri:
Müştərilərin ünvanında Aura su arıtma və təmizlik cihazlarının quraşdırılması və texniki xidmətinin göstərilməsi
Mövcud müştərilərə servis xidmətinin təqdim olunması
Müştəri məmnuniyyətinin təmin olunması və yaranan problemlərin operativ həlli
Gündəlik görülən işlər barədə rəhbərliyə hesabat təqdim edilməsi
Tələblər
Yaş 23 yaşdan 41 yaşadək
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Texniki sahəyə maraq və öyrənməyə açıq olmaq
Elektrik və ya mexaniki avadanlıqlar haqqında ilkin anlayış arzuolunandır
Sürücülük vəsiqəsi mütləqdir (Aktiv sürücülük bacarığı arzuolunandır)
Müştərilərlə ünsiyyət bacarığı yüksək, gülərüz və səliqəli olmaq
Bakı və ətraf əraziləri yaxşı tanımaq
Məsuliyyətli, dəqiq və nizam-intizamlı olmaq
**Şəhər:**Bakı
Müraciət qaydası:
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Aura Məişət Teknikası
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13545
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Başlanğıc Səviyyə