Büdcə və hesabatlıq üzrə baş mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 fevral 2026
Son Tarix: 27 mart 2026
Təsvir
İllik büdcə və maliyyə hesabatlarının hazırlanmasında birbaşa iştirak etmək
Analitik təhlillərin aparılması və stratejik qərarların təkliflərinin verilməsi
Şöbə əməkdaşlarının işinə metodiki istiqamət vermək
Dövr sonunda büdcə və fakt analizinin aparılması üçün analitik hesabatların hazırlanması
Maya dəyərinin aylıq əsaslarda analitik təhlilinin aparılması
Maliyyə hesabatlarının illik kənar audit prosesində yoxlama və açıqlamarın tərtib edilməsi
Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə uyğun düzəlişlərin həyata keçirilməsinin təmin edilməsi
Şirkətin rəqəmsal və maliyyə transformasiya layihələrində iştirak etmək;
İlsonu audit prosesi çərçivəsində xarici auditor tərəfindən tələb olunan hesablamaların, maliyyə məlumatlarının və müvafiq sənədlərin hazırlanmasını təmin etmək.
Tələblər
Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Büdcələmə və maliyyə hesabatlığı sahəsində iş təcrübəsi;
Maliyyə analizləri və maya dəyəri təhlili üzrə bilik və praktiki təcrübə;
MHBS (IFRS) üzrə biliklər;
Analitik düşünmə və strateji yanaşma bacarığı;
Hesabatların hazırlanması və məlumatların təhlili bacarığı;
Komandaya rəhbərlik və metodiki istiqamət vermə bacarığı;
MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9862
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+