Böyük operator (Səngəçal)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 31 mart 2026
Son Tarix: 6 aprel 2026
Təsvir
Parka qəbul edilən vaqonların, qatar tərkibinin nömrələrini yazmaq;
Çeşidləmə parkından digər parklara, vaqon deposuna, keçirilən vaqonların nömrələrini yazmaq və STM operatorları ilə yoxlamaq;
Yazılan vaqonların nömrələrini STM operatorlarına telefonla vermək, parka açılan, yaxud qoşulan vaqonlar barədə təcili STM operatoruna məlumat vermək;
Stansiyaya daxil olan qatarın sənədlərini STM operatoruna çatdırmaq;
Texnoloji işlə əlaqədar olan, stansiya növbətçisinin, STM baş operatorunun, stansiya dispetçerinin göstərişlərini yerinə yetirmək.
Tələblər
Təhsil: Ümumi;
İş təcrübəsi: sahə üzrə 1 il;
Növbəli iş rejimi;
Stansiyanın texniki sərəncan aktı və texnoloji iş prosesinə dair biliklər;
Dəmir yollarının işarəvermə təlimatı;
Blankların doldurulması və qatar sənədləşdirilməsi qaydaları;
Qatarların hərəkəti və manevr işinə dair təlimat;
Diqqətlilik, şifahi ifadə bacarığı, peşəkar ehtiyatlılıq.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12197
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+