Vakansiyanın müddəti başa çatıb
Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.
Böyük Mühasib
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 yanvar 2026
Son Tarix: 12 fevral 2026
Təsvir
İş yeri: Sea Breeze Resort, Azerbaijan
Şöbə: Maliyyə / Mühasibatlıq
Sea Breeze Resort komandası üçün təcrübəli, məsuliyyətli və detallara diqqətli Böyük Mühasib axtarırıq. Namizəd müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabatlılığının düzgün və vaxtında aparılmasına cavabdeh olacaq.
Vəzifəyə dair tələblər:
Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat);
Sahə üzrə minimum 5 il, o cümlədən Böyük mühasib vəzifəsində ən azı 2 il iş təcrübəsi;
Vergi qanunvericiliyini və müxabirləşməni yüksək səviyyədə bilmək;
Peşəkar Mühasib Sertifikatı (PMS) üstünlükdür;
IT bilikləri: 1C 8.3 ERP, MS Word və MS Excel proqramlarını yüksək səviyyədə bilmək;
Elektron dövlət portalları ilə işləmə bacarığı
(e-taxes.gov.az, e-gov.az, e-customs.gov.az);Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis və rus dilləri arzuolunandır;
Mühasibat, vergi və əmək qanunvericiliyi üzrə dərin biliklər.
Vəzifə öhdəlikləri:
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabatlarda düzgün əks etdirilməsini təşkil etmək və nəzarət etmək;
Bütün maliyyə əməliyyatları üzrə hesabatların müəyyən edilmiş müddətlərdə hazırlanmasına və təqdim edilməsinə nəzarət etmək;
Daxil olan və çıxan pul vəsaitlərinin, xərclərin, istehsal dövriyyəsinin, satışın, iş və xidmətlərin, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil etmək və nəzarətdə saxlamaq;
Məhsul, iş və xidmətlərin maya dəyərinin iqtisadi cəhətdən əsaslandırılmış hesablanmasına nəzarət etmək;
Əmək haqqının hesablanmasını, dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin düzgün aparılmasını təmin etmək;
İlkin uçot sənədlərinin düzgünlüyünə, hesablaşma və ödəniş öhdəliklərinə nəzarət etmək;
Əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını təşkil etmək və nəzarət etmək;
Bank kreditləri və ssudalar üzrə öhdəliklərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
Mal alış sənədlərinin yoxlanılması və mühasibat uçotu proqramına düzgün daxil edilməsinə nəzarət etmək;
Alıcılar və satıcılarla hesablaşmaların, bank əməliyyatlarının uçot proqramında düzgün əks olunmasını və gündəlik bank qalığının yoxlanılmasını təmin etmək;
Aylıq, rüblük və illik vergi (Mənfəət, ÖMV, ƏDV, Əmlak, DSMF və s.) və statistik hesabatların müvafiq dövlət orqanlarına təqdim edilməsini təşkil etmək;
Rəhbərliyə mütəmadi maliyyə hesabatlarını təqdim etmək.
İş şəraiti:
İş qrafiki: Həftədə 5 iş günü (09:00 – 18:00);
Korporativ nömrə ilə təminat;
Koroğlu metrostansiyasından servis xidməti;
Nahar fasiləsi: 13:00 – 14:00 (nahar şirkət tərəfindən təmin olunur);
Rəqabətədavamlı əmək haqqı.
CV-nizi və əmək haqqı gözləntinizi qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını e-məktubun mövzu hissəsində “Böyük Mühasib” olaraq qeyd edin.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Necə Müraciət Etmək Olar
Sea Breeze Resort & Residences
Other
Sea Breeze Resort & Residences — Xəzər dənizi sahilində yerləşən, Bakı şəhər mərkəzindən təxminən 30 dəqiqəlik məsafədə olan müasir kurort və yaşayış kompleksidir. Layihə istirahət və yaşamı birləşdirən konsept üzərində qurulub və geniş qumlu çimərlik, hotellər və müxtəlif növ daşınmaz əmlak seçimləri ilə seçilir. Kompleks ərazisində restoranlar, SPA və fitnes mərkəzləri kimi istirahət xidmətləri də mövcuddur. Sea Breeze eyni zamanda Agalarov Development şirkətinin flaqman layihəsi kimi təqdim olunur və geniş ərazidə qurulan premium infrastrukturla həm sakinlərə, həm də ziyarətçilərə ilboyu rahatlıq təmin etməyi hədəfləyir. Burada 24/7 marketlər, tibb və Anti-Aging mərkəzi, məktəb və uşaq bağçası, delivery xidmətləri, eləcə də yaxta və qayıqlar üçün körpü kimi imkanlar mövcuddur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#4646
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+