Ana Səhifə
Vakansiyalar

Biznes Proseslərin İdarəedilməsi şöbəsinin RPA üzrə Kiçik Mütəxəssisi

Biznes Proseslərin İdarəedilməsi şöbəsinin RPA üzrə Kiçik Mütəxəssisi

Finance

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 18 iyun 2026

Təsvir

  • Avtomatlaşdırma imkanlarını və səmərəliliyin artırılmasını müəyyən etmək üçün mövcud biznes proseslərini təhlil etmək;

  • Avtomatlaşdırma üçün tələbləri toplamaq və prosesləri sənədləşdirmək üçün maraqlı tərəflərlə əməkdaşlıq etmək;

  • Təklif olunan avtomatlaşdırma layihələri üçün texniki-iqtisadi əsaslandırmaları və xərc-fayda təhlilini yenidən yoxlamaq;

  • Sənayedə aparıcı alətlər və texnologiyalardan istifadə edərək prosseslərin avtomatlaşdırılması və RPA həllərini dizayn edərək inkişaf etdirmək və həyata keçirmək;

  • Təkrarlanan tapşırıqları avtomatlaşdırmaq və prosesləri optimallaşdırmaq üçün prosseslərin avtomatlaşdırılması və robotexnika proqramını konfiqurasiya etmək;

  • Prosseslərin avtomatlaşdırılması və RPA həllərini mövcud sistemlər və tətbiqlərlə inteqrasiya etmək məqsədi ilə, funksional komandalarla əməkdaşlıq etmək;

  • Funksionallığı və dəqiqliyi təmin etmək üçün robotlarının sınağını və keyfiyyət təminatını həyata keçirmək;

  • Prosesin axınını, texniki spesifikasiyaları və sınaq planları daxil olmaqla, proses sənədlərini hazırlamaq və qorumaq;

  • RPA robot istifadəçilərini təlimlərlə təmin etmək və dəstək olmaq;

  • RPA robot performansını izləmək və qiymətləndirmək, problemləri həll etmək və təkmilləşdirmələr üzrə təklif vermək.

Tələblər

  • Maliyyə, Kompüter Elmləri, İnformasiya Texnologiyaları, Mühəndislik və ya müvafiq sahədə bakalavr dərəcəsi;

  • İş təcrübəsi: Biznes Təhlili, Proseslərin Təkmilləşdirilməsi və ya RPA sahəsində təcrübə (1+ il), Proqram təminatının hazırlanması, skript və ya kodlaşdırma dillərində təcrübəyə üstünlükdür;

  • Yumşaq səriştələr: Avtomatlaşdırma təşəbbüslərini idarə etmək üçün məlumat toplamaq və şərh etmək bacarığı ilə əla analitik bacarıqlar. Biznes prosesləri haqqında güclü anlayış. Müxtəlif komandalar və maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək bacarığı ilə güclü ünsiyyət bacarıqları.Biznes prosesləri haqqında güclü anlayış;

  • Lisenziya/Sertifikat: Prosseslərin avtomatlaşdırılması və RPA alətləri və ya prosesi təkmilləşdirmə metodologiyaları (məsələn, Six Sigma) üzrə sertifikatlar arzuolunandır;

  • Dil biliklər: İngilis dili biliyi. Bütün sənədlər və tədris materialları yalnız ingilis dilindədir.

Necə Müraciət Etmək Olar

PASHA Bank

PASHA Bank

Finance

PASHA Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı korporativ banklardan biridir və əsasən biznes bankçılığı, investisiya həlləri və korporativ maliyyələşmə sahəsində ixtisaslaşıb. Bank 2007-ci ildə yaradılıb və hazırda PASHA Holding tərkibində fəaliyyət göstərir. PASHA Bank iri korporativ müştərilər, kiçik və orta biznes subyektləri üçün kredit, xəzinədarlıq, ticarət maliyyəsi və digər maliyyə xidmətləri təqdim edir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. PASHA Bank rəqəmsal bankçılıq həllərinin inkişafına, beynəlxalq maliyyə standartlarının tətbiqinə və ölkədə biznes mühitinin inkişafına xüsusi önəm verir. Bank həmçinin Azərbaycanın maliyyə sektorunda iri layihələrin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv rol oynayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17184

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Təşkilati Risklərin İdarə Edilməsi üzrə Baş mütəxəssis

Tam Ştat

Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarətdə saxlanmasını işinin təşkili (İCAAP); Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və idarə edilməsi; Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, və onların yerinə yetirilməsi üçün nəzarətin qurulması; Bankdaxili səlahiyyətlərin idarə edilməsinə nəzarət edilməsində iştirak; Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/Risk mədəniyyətinin inkişaf etdirilməsi; Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi; Təşkilati riski iştahasının və hədlərinin müəyyənləşdirilməsində iştirak etdirillməsi və monitorinq edilməsi, müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılmasına nəzarət edilməsi; Risk sağlamlıq indeksinin idarə edilməsi və indeksin yüksəldilməsi üzrə zəruri işlərin görülməsinə nəzarət; Təşkilati risklərin İdarə edilməsi çərçivəsində ESG siyasətinin hazırlanması, tətbiqinin təşkili, icrasına nəzarət və bu istiqamətdə əlaqəli bütün fəaliyyətlərin koordinasiyasının həyata keçirilməsi; Dövri hesabatlığın hazırlanması; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.