Biznes davamlılığı üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Şirkətdə Business Continuity Management (BCM) proqramının qurulması və inkişafında iştirak etmək
Kritik biznes proseslərinin müəyyən edilməsi, Business Impact Analysis (BIA) və risk qiymətləndirmələrinin aparılması
Business Continuity Plan (BCP) və Disaster Recovery (DR) planlarının hazırlanması, yenilənməsi və sınaqlarının təşkil edilməsi
Kritik sistem və xidmətlər üçün RTO və RPO göstəricilərinin müəyyən edilməsi məqsədilə İT və digər struktur bölmələrlə əməkdaşlıq etmək
BCM və DR testləri, tabletop exercise və simulyasiya məşqlərini təşkil etmək və nəticələrini sənədləşdirmək
Böhran vəziyyətləri üçün kommunikasiya və eskalasiya proseslərinin koordinasiyasında iştirak etmək
BCM sənədlərinin hazırlanması, yenilənməsi və proqram üzrə rəhbərliyə hesabatların təqdim edilməsi
ISO 22301 və digər beynəlxalq standartlara uyğunluğun təmin olunmasına dəstək olmaq
İşçilər üçün biznes davamlılığı mövzusunda maarifləndirici təlimlərin keçirilməsi
Tələblər
Ali təhsil (informasiya təhlükəsizliyi, risklərin idarə olunması, biznesin idarə olunması və ya uyğun sahə üzrə üstünlük verilir)
BCM, DRP və ya Risk Management sahəsində minimum 2 il iş təcrübəsi
Business Impact Analysis (BIA) və risk qiymətləndirmə metodologiyaları üzrə biliklər
ISO 22301 və ya oxşar beynəlxalq standartlar üzrə biliklər
Analitik düşüncə və problem həll etmə bacarığı
Güclü kommunikasiya və təqdimat bacarıqları
Azərbaycan və ingilis dillərində sərbəst yazı və danışıq bacarığı
Üstünlük verilən sertifikatlar:
CBCI (Certificate of the Business Continuity Institute)
CBCP (Certified Business Continuity Professional)
ISO 22301 Lead Implementer və ya Lead Auditor
Necə Müraciət Etmək Olar
Aztelekom
Technology
Aztelekom MMC Azərbaycan Respublikasının milli rabitə operatoru kimi fəaliyyət göstərən telekommunikasiya şirkətidir. Şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətləri təqdim edir. “Aztelekom”un əvvəlki strukturu olan Aztelekom İstehsalat Birliyi 2015-ci ildə yenidən təşkil edilərək MMC formatında fəaliyyətini davam etdirib. Hazırda Aztelekom 57 yerli telekommunikasiya müəssisəsini, eləcə də Beynəlxalq Avtomat Telefon Stansiyası (IATS) və Kabel İnfrastrukturu Xidmət Mərkəzini birləşdirən geniş şəbəkə ilə xidmət göstərir. Şirkət həmçinin keyfiyyət idarəetməsi üzrə ISO 9001:2015 sertifikatı əldə edib və telekommunikasiya/İT sektorunda müxtəlif mükafatlarla təltif olunub.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10890
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+