Bazar Araşdırmaları üzrə Auditor
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 fevral 2026
Son Tarix: 11 mart 2026
Təsvir
Araşdırmanın məqsədlərinin müəssisənin strateji və marketinq məqsədlərinə uyğun olub-olmadığını yoxlamaq;
İstifadə olunan tədqiqat metodlarının (sorğu, müsahibə, müşahidə və s.) uyğunluğunu və elmi əsaslılığını qiymətləndirmək.;
Toplanmış məlumatların etibarlılığını, dəqiqliyini, obyektivliyini və aktuallığını təhlil etmək;
Seçilmiş respondentlərin bazarı düzgün təmsil edib-etmədiyini müəyyənləşdirmək;
Analiz üsullarının düzgünlüyünü və nəticələrin məntiqi əsaslarla izah olunub-olunmadığını araşdırmaq;
Bazar araşdırmasına çəkilən xərclərin əldə edilən nəticələrlə uyğunluğunu təhlil etmək;
Araşdırma nəticələrinin idarəetmə qərarları üçün praktik dəyərə malik olub-olmadığını müəyyən etmək;
Araşdırmada mövcud olan səhvləri, çatışmazlıqları və potensial riskləri üzə çıxarmaq;
Gələcək bazar araşdırmalarının daha effektiv aparılması üçün təkliflər hazırlamaq.
Tələblər
Təhsil: Ali;
Təcrübə: 5 il;
Dil bilikləri: Azərbaycan və Rus dilləri;
Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C;
Şəxsi avtomobilin olması mütləqdir;
Şəxsi keyfiyyətlər:
Fikrini izah etmək qabiliyyəti;
Detallara diqqət yetirmək;
İşə planlı yanaşmaq;
Fəal olmaq.
İş şəraiti:
İş yeri: Luxen Plaza;
İş qrafiki: 5 gün, saat 09:00-18:00;
İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı: Biz bunu təcrübəniz əsasında müəyyən edəciyik.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8198
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000