Baş Texniki Dəstək Mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 21 may 2026
Təsvir
Texniki dəstək komandasının işinin təşkilini, koordinasiyasını və nəzarətdə saxlanılmasını təmin etmək
Komandada olan mütəxəssislərə texniki istiqamətdə dəstək göstərmək və bilik paylaşımını təşkil etmək
Kompüter və İT avadanlıqlarının quraşdırılmasını, diaqnostikasını və təmir proseslərinə nəzarət etmək
Şəbəkə avadanlıqlarının (switch, router, modem və s.) stabil və fasiləsiz işləməsini təmin etmək
DVR, kamera və təhlükəsizlik sistemlərinin quraşdırılmasını və texniki dəstək proseslərini idarə etmək
Mağazalarda istifadə olunan POS, printer, skaner və digər avadanlıqların fasiləsiz işləməsinə nəzarət etmək
Uzaqdan və yerində texniki dəstək proseslərini effektiv şəkildə idarə etmək
İT infrastrukturunun qurulmasını və inkişaf etdirilməsini təmin etmək (şəbəkə, kabelləşmə və s.)
Strukturlaşdırılmış kabelləmə layihələrinin planlanmasını və icrasına nəzarət etmək
Texniki problemləri analiz etmək və kök səbəb (root cause) yanaşması ilə aradan qaldırmaq
SLA göstəricilərini izləmək və xidmət keyfiyyətini artırmaq
Yeni texnologiyaları araşdırmaq və tətbiqi ilə bağlı təkliflər vermək
Vendor və təchizatçılarla texniki koordinasiyanı aparmaq
Tələblər
Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi
Texniki dəstək sahəsində rəhbərlik təcrübəsi üstünlükdür
Şəbəkə texnologiyaları üzrə yaxşı biliklər (TCP/IP, DHCP, DNS və s.)
Şəbəkə avadanlıqlarının konfiqurasiyası üzrə praktiki təcrübə
Kamera və təhlükəsizlik sistemləri üzrə biliklər
Problemlərin analitik həlli və qərarvermə bacarığı
Komanda idarəetmə və kommunikasiya bacarıqları
Azərbaycan dili – sərbəst, İngilis dili – texniki səviyyədə
Necə Müraciət Etmək Olar
OBA Market MMC
Retail
OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14678
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+