Data Mühəndisi (Mütəxəssis)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 22 may 2026

Təsvir

  • Şöbə əməkdaşları və layihələr üzrə işləri əlaqələndirmək və tapşırıqları koordinasiya etmək;

  • ETL (Extract, Transform, Load) proseslərini icra etmək, optimallaşdırmaq və təkmilləşdirmək;

  • SQL sorğularını hazırlamaq, məlumatları təhlil etmək, hesabatları yaratmaq və vizuallaşdırmaq;

  • Strukturlaşdırılmış və statistik məlumatları toplamaq, təhlil etmək;

  • Daxili və xarici sistemlərdən məlumat çıxarmaq, yoxlamaq və məlumat araşdırmalarında iştirak etmək;

  • İstifadəçiləri BI sistemlərinə giriş hüquqları ilə təmin etmək və sistemləri mütəmadi monitorinq etmək;

  • Big Data texnologiyalarını tətbiq etmək, məlumatların emalını və idarə edilməsini həyata keçirmək;

Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və ya əlaqəli sahələr üzrə);

  • Data mühəndisi üzrə minimum 1 il iş təcrübəsi

  • BI alətləri (Power BI, Tableau və s.) ilə iş təcrübəsi

  • ETL, Data WarehouseOLAP sistemləri üzrə anlayış və bacarıqlar

  • Big Data texnologiyaları ilə iş təcrübəsi və bu texnologiyalar barədə ətraflı biliklər;

  • Güclü analitik düşüncə, effektiv problem həll etmə və ünsiyyət bacarıqları;

  • Komanda ilə əməkdaşlıq və koordinasiya bacarığı.

İş qrafiki: 09:00-18:00 (5 günlük qrafik)

Necə Müraciət Etmək Olar

OBA Market MMC

OBA Market MMC

Retail

OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14680

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya