Baş Mühəndis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 14 mart 2026
Təsvir
Texniki şöbənin idarə olunması və ümumi rəhbərliyin həyata keçirilməsi, tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılması, gündəlik texniki yoxlamaların və təmir işlərininin idarə edilməsi;
Əməliyyat səmərəliliyini qorumaq və aktivlərin ömrünü uzatmaq üçün müntəzəm yoxlamaların, profilaktik baxımların və zəruri təmirlərin effektiv şəkildə planlaşdırılmasını və həyata keçirilməsini təmin etmək;
Texniki şöbənin iş həcminə və prioritetlərə müvafiq olaraq iş qrafiklərinin tərtib edilməsi və nəzarətin təşkil edilməsi;
Təmir və xidmət üçün lazımi materialların və ehtiyat hissələrinin sifarişinin əvvəlcədən planlaşdırılaraq icra edilməsi;
Bütün daxili şöbələrin şikayətləri və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq;
Şöbənin fəaliyyətinin və tələb olunan ərazilərin təkmilləşdirilməsi məqsədilə daimi yeni təkliflər hazırlayaraq rəhbərliyə təqdim edilməsi və təsdiq olunduqda icrasının həyata keçirilməsi;
Bina, onun sistemləri və istismar prosedurlarının qüvvədə olan daxili prosedurlar və qanunvericiliklə uyğunluq təşkil etməsinin təmin olunması;
Fövqəladə halların aradan qaldırılması üzrə tədbirlər, habelə bütün həyat təhlükəsizliyi, yanğından mühafizə sistemlərinin istismarı, texniki xidmətinə dair planın hazırlanması
Tələblər
Ali təhsil (xüsusi ilə Mühəndislik, texniki və ya oxşar sahələrə üstünlük verilir);
Namizəd: Azərbaycan vətəndaşı
Təcrübə: Texniki layihələrin idarə edilməsi sahəsində sahəsində ən azı 3 il iş təcrübəsi;
Müvafiq sahələrdə texniki komandaların idarə edilməsində geniş təcrübə;
Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
MS Office proqramlarında işləmək bacarığı
İş vaxtının norması:
09:00-18:00 / 5 günlük iş həftəsi;
İstirahət günü: 2 (iki) gün;
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Təlim və inkişaf proqramlarında iştirak imkanları;
Nahar şirkət tərəfindən təmin edilir;
Korporativ nömrə və danışıq paketi;
Könülü tibbi sığorta;
Qalmaq yeri ilə təmin olunma ;
Tabia Group tabeliyində yer alan otellərdə endirim imkanları;
Tibbi sığorta
İş yeri:
Yevlax şəhəri*.*
Necə Müraciət Etmək Olar
TABIA Group LLC
Other
TABIA Group LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, mühəndislik və layihə idarəetməsi sahələrində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış və kommersiya obyektlərinin inşası, sənaye və infrastruktur layihələrinin icrası üzrə xidmətlər təqdim edir və müasir tikinti texnologiyalarını tətbiq etməklə keyfiyyətli nəticə əldə etməyi hədəfləyir. TABIA Group fəaliyyətində peşəkar komanda, təhlükəsizlik standartları və vaxtında icra prinsiplərini əsas tutur. Şirkət layihələrin planlaşdırılması, icrası və texniki nəzarəti üzrə kompleks yanaşma tətbiq edərək uzunmüddətli tərəfdaşlıqlar qurmağa və bazarda dayanıqlı mövqe tutmağa fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8750
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
501-1000