Baş mühasibin müavini

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 21 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • İstehsal olunan məhsulların faktiki maya dəyərinin hesablanması və planlaşdırılan maya dəyəri ilə müqayisəli təhlili.

  • İstehsal prosesində birbaşa və dolayısı xərclərin məhsul vahidi üzərinə düzgün bölüşdürülməsinin təmin edilməsi.

  • Məhsul üzrə reçepturaların 1C proqramına düzgün daxil edilməsinə və dəyişikliklərin izlənilməsinə nəzarət.

  • Mal-material hərəkətinə dair dövriyyə cədvəllərinin yoxlanılması.

  • Normadan artıq itkilərin və zay məhsulların uçotunun aparılması, rəhbərliyə bu barədə hesabat verilməsi.

  • Anbarlarda qalıqların inventarizasiya prosesinin təşkili, nəticələrin 1C mühasibat proqramında rəsmiləşdirilməsi.

  • Elektron Qaimə-Fakturaların tərtibi, daxil olan fakturaların yoxlanılması və təsdiqi.

  • Müəssisənin debitor və kreditor borclarının mütəmadi üzləşmə aktları əsasında yoxlanılması.

  • Daxili və xarici audit yoxlamaları üçün lazımi sənədlərin və məlumat bazasının hazırlanması.

  • Aylıq, rüblük və illik Maliyyə Hesabatlarının hazırlanmasında iştirak.

  • Rəhbərlik üçün istehsalatın səmərəliliyi barədə xüsusi analitik hesabatların tərtib edilməsi.

Tələblər

  • Xanım namizəd

  • Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)

  • Istehsal Mühasibi kimi 3 il təcrübə

  • Baş mühasibin müavini kimi 2 il təcrübə

  • Azərbaycan və Rus-dili mütləqdir (ingilis-dili arzu olunandır

  • Microsoft Office proqramlarını bilmək;

  • Kompyuterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı)

  • Vergi, əmək qanunvericilikləri üzrə bilikləri olmalı;

  • Analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə bilikləri olmalı;

  • Balansın çıxarılması üzrə bilikləri olmalı;

  • PMS sertifikatının mövcudluğu tələb olunur

  • ACCA, DipIFR və digər beynəlxalq sertifikatlara sahib olmaq və ya həmin proqramlar üzrə təhsil almaq üstünlük hesab olunur

  • Yaş həddi: 28-45;

Digər Məlumatlar:

  • İş qrafiki: 6 günlük

  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək

  • Ünvan: Binəqədi yolu 100

  • Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini ayten.rehimli@xirman.az ünvanına mövzu yerinə “Baş Mühasibin müavini ”yazaraq göndərmələri xahiş olunur. Əlaqə 0552531364

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14707

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə