Vəzifə öhdəlikləri:
İstehsal olunan məhsulların faktiki maya dəyərinin hesablanması və planlaşdırılan maya dəyəri ilə müqayisəli təhlili.
İstehsal prosesində birbaşa və dolayısı xərclərin məhsul vahidi üzərinə düzgün bölüşdürülməsinin təmin edilməsi.
Məhsul üzrə reçepturaların 1C proqramına düzgün daxil edilməsinə və dəyişikliklərin izlənilməsinə nəzarət.
Mal-material hərəkətinə dair dövriyyə cədvəllərinin yoxlanılması.
Normadan artıq itkilərin və zay məhsulların uçotunun aparılması, rəhbərliyə bu barədə hesabat verilməsi.
Anbarlarda qalıqların inventarizasiya prosesinin təşkili, nəticələrin 1C mühasibat proqramında rəsmiləşdirilməsi.
Elektron Qaimə-Fakturaların tərtibi, daxil olan fakturaların yoxlanılması və təsdiqi.
Müəssisənin debitor və kreditor borclarının mütəmadi üzləşmə aktları əsasında yoxlanılması.
Daxili və xarici audit yoxlamaları üçün lazımi sənədlərin və məlumat bazasının hazırlanması.
Aylıq, rüblük və illik Maliyyə Hesabatlarının hazırlanmasında iştirak.
Rəhbərlik üçün istehsalatın səmərəliliyi barədə xüsusi analitik hesabatların tərtib edilməsi.