Baş mühasib
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 20 fevral 2026
Son Tarix: 20 mart 2026
Təsvir
:
Mühasibat uçotu üzrə ilkin sənədlərin təşkili;
Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
Tender üçün sənədlərin hazırlanması;
İnventarizasiya prosesinin həyata keçirilməsi;
Əsas vəsaitlərin uçota alınması və sayımının həyata keçirilməsi;
Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi;
Hesabatların hazırlanması (ƏDV, ÖMV, əmlak, statistik hesabat, Vahid bəyannamə, mənfəət vergisi hesabatı) ;
Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
Qaimə fakturaların və digər lazımi sənədlərin ofisdaxili qeydiyyatını səliqəli aparmaq;
Maliyyə hesabatlarının tərtib edilməsi;
Debitor və kreditor borclar haqqında hesabatların tərtibatı və ödənişlərin izlənməsi;
Müəssənin fəaliyyətinə uyğun vergi hesabatlarının (DSMF, Statistika və.s) təqdim edilməsi;
Online kargüzarlıq sisteminin gündəlik yoxlanılması və dövlət orqanlarından gələn məktubların cavablandırılması;
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq görülməsi;
Tələblər
Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
Mühasibatlıq sahəsində ən azı 5 il iş təcrübəsi (baş mühasib kimi təcrübə üstünlükdür);
Vergi Məcəlləsi, Əmək Məcəlləsi və digər mühasibatlıq qanunvericiliyi üzrə biliklər;
Mühasibatlıq və vergi uçotu üzrə hesabatların hazırlanması üzrə geniş təcrübə;
1C 8.3, BTP, e-gov, e-taxes və digər mühasibat proqramlarında işləmə bacarığı;
MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
Yüksək analitik düşüncə və problem həll etmə bacarığı;
Məsuliyyətli, dəqiq və komanda ilə işləmə bacarığı;
Hesabatlılıq təcrübəsinə malik olmaq;
Öyrənməyə açıq olmaq;
PMS sertifikatı (Kiçik və orta sahibkarlıq subyektləri) olması vacibdir;
İş şərtləri:
İş günləri: 5 günlük iş qrafiki
Nahar fasiləsi: 13:00 -14:00
Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər. CV-lərin elektron poçt ünvanına mövzu yerində "Baş mühasib” başlığı yazmaqla göndərilməsi xahiş olunur.
**Qeyd:**Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
ModulX
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9453
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə