Ana Səhifə
Vakansiyalar

Elektrik mühəndisi

Elektrik mühəndisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 fevral 2026

Son Tarix: 17 mart 2026

Təsvir

:

  • Tikinti sahəsində elektrik işlərinin layihəyə, norma və standartlara uyğun icrasına nəzarət etmək.

  • Elektrik sistemlərinin (işıqlandırma, güc xətləri, paylayıcı lövhələr və s.) quraşdırılmasını təşkil etmək və icra prosesini izləmək.

  • Sahədə elektrik montaj işlərinin keyfiyyətinə və təhlükəsizliyinə nəzarət etmək.

  • Elektrik avadanlıqlarının düzgün seçilməsi, yerləşdirilməsi və istismar tələblərinə uyğunluğunu təmin etmək.

  • Podratçı və briqadaların elektrik işləri üzrə fəaliyyətini koordinasiya etmək.

  • Layihə sənədlərini (elektrik sxemləri, planlar, spesifikasiyalar) oxumaq və tətbiq etmək.

  • Elektrik materiallarının (kabel, avtomat, şit avadanlıqları və s.) texniki göstəricilərini yoxlamaq və qəbul prosesində iştirak etmək.

  • Elektrik işləri üzrə gündəlik sahə yoxlamaları aparmaq və hesabatlar hazırlamaq.

  • Nasazlıqların aşkar edilməsi və operativ şəkildə aradan qaldırılması üçün tədbirlər görmək.

  • Elektrik sistemlərinin test və yoxlama işlərini (sınaqlar, ölçmələr) həyata keçirmək.

  • Təhlükəsizlik qaydalarına (Elektrik təhlükəsizliyi, Əməyin mühafizəsi) ciddi riayət olunmasını təmin etmək.

  • Təmir-tikinti işlərinin təhvil-təslim mərhələsində texniki sənədləşmədə iştirak etmək.

Tələblər

  • Elektrik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil.

  • Tikinti sahəsində elektrik işləri üzrə minimum 2-3 il iş təcrübəsi.

  • Elektrik layihələrinin oxunması və sahədə tətbiqi bacarığı.

  • Elektrik avadanlıqları, kabel sistemləri və paylayıcı şitlər üzrə biliklər.

  • Azərbaycan Respublikasının elektrik norma və təhlükəsizlik qaydalarını bilmək.

  • AutoCAD və digər mühəndis proqramlarında işləmək bacarığı arzuolunandır.

  • Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə qabiliyyəti.

  • Komanda ilə işləmək və sahə şəraitində fəaliyyət göstərmək bacarığı

İş şərtləri:

  • İş yeri: Tikinti sahələri

  • Nahar fasiləsi: 13:00 - 14:00

  • Vakansiya növü: Tam ştat

  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq

CV-lərin qeyd olunan elektron poçt ünvanına mövzu yerində "Elektrik mühəndisi” başlığı yazmaqla göndərilməsi xahiş olunur.

Qeyd: Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9096

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Smeta və xərclərə nəzarət üzrə aparıcı mühəndis

Tam Ştat

Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri üzrə smeta sənədlərinin hazırlanmasına və prosesə rəhbərlik etmək Əsaslı tikinti-quraşdırma və təmir işləri üzrə tərtib olunmuş, təsdiq edilmiş smeta və texniki sənədlərin təhlilini aparmaq MEP sahəsinə aid iş həcmlərinin analizini həyata keçirmək və nəticələrə nəzarət etmək Layihə və smeta sənədləri arasındakı uyğunsuzluqları müəyyən etmək, aradan qaldırılması üçün təkliflər vermək Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərinin yoxlanılmasına rəhbərlik etmək və rəy/arayışların hazırlanmasını təmin etmək Layihəyə əsasən iş həcmlərinin çıxarılmasına nəzarət etmək Layihələr üzrə büdcə risklərini analiz etmək və rəhbərliyə hesabat təqdim etmək Smetaya uyğun texniki və maliyyə nəzarətinin həyata keçirilməsini təmin etmək Təklif və razılaşma qiymətlərinin hesablanmasını analiz etmək, yekun smeta sənədlərini formalaşdırmaq İnşaat və texniki şöbələrdən daxil olan məlumatların maliyyə baxımından təhlilini aparmaq və əlaqəli tərəfdaşlarla koordinasiyanı təmin etmək Layihə icrası zamanı dəyişikliklərə uyğun olaraq smeta sənədlərinə düzəlişlərin edilməsinə rəhbərlik etmək Layihə-smeta sənədlərinin vaxtında və düzgün şəkildə təhvil verilməsini təmin etmək Layihələr üzrə aylıq texniki və maliyyə hesabatlarının hazırlanmasına nəzarət etmək (Forma 2, Forma 3, xərc analizi və s.) Podratçıların təqdim etdiyi yerinə yetirilmiş iş aktlarını və hesabatları yoxlamaq və təsdiqləmək Sahələrdən daxil olan texniki hesabatların ümumi yoxlanışını və yekun analizini aparmaq Smeta mühəndislərindən ibarət komandanın işinə rəhbərlik etmək və metodiki dəstək göstərmək Layihə üzrə smeta və xərclərə nəzarətlə yanaşı işlərin icra planına uyğunluğunu izləmək və büdcə risklərini əvvəlcədən müəyyən etmək Tikinti mərhələləri üzrə xərclərin planlaşdırılmasında iştirak etmək, faktiki xərclərlə plan göstəricilərinin müqayisəli analizini aparmaq Layihə üzrə maliyyə planlaması və aylıq xərc proqnozlarının hazırlanmasına dəstək vermək, rəhbərliyə planlama əsaslı hesabatlar təqdim etmək