Baş mühasib
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 16 fevral 2026
Son Tarix: 10 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri.
Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və uçot registrlərində düzgün əks etdirilməsinə nəzarət etmək.
Mühasibat uçotu standartlarına, normativ tələblərə və vergi qanunvericiliyinə uyğunluğuna nəzarət etmək.
Mühasibat uçotu siyasətini hazırlamaq və tətbiqinə rəhbərlik etmək.
Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması və təqdim edilməsi, hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması, zəruri hallarda vergi orqanlarında təmsilçilik.
Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət.
Vergi qanunvericiliyində baş verən dəyişikliklərdən xəbərdar olmaq və vergi öhdəliklərini minimuma endirmək, vergi strukturunu optimallaşdırmaq üçün strategiyalar tətbiq etmək.
Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək.
Xarici və daxili hesabatların təqdim edilmə müddətlərini effektiv şəkildə idarə etmək, bütün normativ və maliyyə hesabatı tələblərinə riayət olunmasına nəzarət etmək.
Mühasibat uçotu, qeydiyyat, dövr sonu bağlanış proseslərini təşkil və nəzarət etmək, sənədlərin saxlanması üzrə tələblərə uyğunluğu təmin etmək.
Debitor və kreditor borclarına nəzarət və mütəmadi üzləşdirmələrin aparılmasına nəzarət etmək.
Pul vəsaitlərinin hərəkətinə nəzarət etmək, banklarla münasibətləri idarə etmək və müəssisənin işlək kapitalını optimallaşdırmaq.
Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər qiymətlilərin dövri və tələb olunan müddətlərdə inventarizasiyasını təşkil və ona nəzarət etmək, nəticələrinin rəsmiləşdirilməsini təmin etmək.
İdxal və istehsal olunmuş məhsulların maya dəyərinin hesablanması.
Daxili maliyyə nəzarəti və şirkət prosedurlarına uyğunluğun təmin edilməsi.
Banklarla, auditorlarla və vergi orqanları ilə münasibətləri qoruyub saxlamaq, əməliyyatların fasiləsizliyi və aydın kommunikasiyanı təmin etmək.
Vergi yoxlamaları və audit prosesləri üçün tələb olunan məlumatları təqdim etmək, auditorlarla əməkdaşlıq etmək və vergi tələblərinə uyğunluğu təmin etmək.
Mühasibatlıq şöbəsinin iş bölgüsünə və təlimatlandırılmasına dəstək göstərmək, əməkdaşların fəaliyyətinə nəzarət etmək.
Mühasibatlıq əməliyyatlarının ERP sisteminə düzgün işlənməsini təmin etmək və sistem üzrə inkişaflara dəstək olmaq.
Tələblər
Tələb olunanlar:
Təhsil: Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat ixtisasları üzrə bakalavr dərəcəsi).
Tələb olunan iş təcrübəsi: mühasibatlıq sahəsində minimum 5-7 il,1 il rəhbər vəzifəsində.
Vergi və Əmək qanunvericiliyi üzrə yüksək bilik səviyyəsi.
Debitor-kreditor idarəçiliyi.
Elektron hökumət portalı ilə işləmə bacarığı.
1C və digər proqramlar ilə yüksək işləmə bacarığı.
MS Office (xüsusilə Excel bilikləri) – yüksək səviyyədə.
İş yeri: Abşeron rayonu, Mehdiabad qəsəbəsi.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə 070-579-72-73
Necə Müraciət Etmək Olar
A.Y.S-60 MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8791
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə